Bazar ertəsi , 6 Aprel 2026

autor

Ukraynaya “F-16” təyyarələri gətirilib

Zelenski: “Onları ölkəmiz üçün istifadə etməyə başlayan pilotlarla fəxr edirəm” Ukraynalı pilotlar ölkə daxilində əməliyyatlar üçün “F-16” təyyarələri uçurmağa başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 4-də ABŞ istehsalı olan qırıcıların ölkəsinə gəlişini təsdiqləyib. Bildirib ki, bu, Rusiyanın işğalından 29 aydan çox müddət keçəndən sonra baş verib, çoxdan gözlənilirdi. “”F-16”lar Ukraynadadır. Biz bunu bacardıq. Onları ölkəmiz üçün istifadə etməyə başlayan pilotlarla fəxr …

Read More »

Qərbi Azərbaycan İcması Toyvo Klaarın ölkəmizlə bağlı qərəzli fikirlərinə münasibət bildirib

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar 2024-cü il avqustun 4-də mətbuata verdiyi açıqlamasında Azərbaycanın daxili işlərinə qarışan və Ermənistandan qovulmuş azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verən fikirlər səsləndirmişdir. T. Klaar regionda köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq Azərbaycandan könüllü olaraq köçüb getmiş ermənilərə şamil etmiş və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğunu inkar …

Read More »

Rusiya Təhlükəsizlik Şurasının katibi İrana gedib

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana işgüzar səfərə gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. O, Tehranda Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə danışıqlar aparacaq. Şoyqu, həmçinin İran Prezidenti Məsud Pezeşkian tərəfindən də qəbul ediləcək. Təhlükəsizlik Şurasının aparatından verilən məlumata görə, danışıqlar zamanı ikitərəfli əməkdaşlığın təhlükəsizlik …

Read More »

AzTV öhdəliklərini 37 % azaldıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2023-cü ili 19,374 milyon manat xalis mənfəətlə başa vurub. Bu il yanvarın 1-nə AzTV-nin aktivləri 34,833 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,6 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 37 % azalaraq 1,646 milyon manata düşüb, balans kapitalı isə 1,2 % artaraq 33,187 milyon manata çatıb. Xatırladaq ki, AzTV …

Read More »

Dövlət Komitəsinin sədri Zaqatalada vətəndaşları qəbul edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun avqustun 6-da keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə “Report”a Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, sədr avqustun 12-də Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Zaqatala rayonundakı Heydər Əliyev Mərkəzində keçiriləcək.

Read More »

İƏT-in HƏMAS liderinin ölümü ilə bağlı keçirəcəyi fövqəladə iclasın tarixi açıqlanıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin avqustun 7-dəCiddədə iclası keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, iclasın əsas mövzusu Yaxın Şərqdəki durum və HƏMAS lideri İsmayil Haniyənin ölümündən sonra yaranan gərginlik olacaq. Qeyd edək ki, İran daha əvvəl İƏT ölkələrinin fövqəladə iclasını çağırmışdı.

Read More »

Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin məhv edilməsini həyata keçirəcək komissiyalar müəyyənləşib

Qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsini həyata keçirəcək komissiyalar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1197-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Prezidentin bəzi …

Read More »

Ekspert: COP29-da iqlim problemlərinin yumşaldılmasında fermerlərin mühüm rolu qəbul edilməlidir

Aqrar işlərin aparılması sahəsində iqlimə davamlı üsullar kiçik fermerlərin iqtisadi rifahını yaxşılaşdıra bilər. Eyni zamanda, fermerlərin özləri də iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılmasında mühüm rol oynayırlar. Bu barədə “Report”a açıqlamasında Lançjou Universitetinin iqlim üçün optimallaşdırılmış kənd təsərrüfatı sahəsi (CSA) üzrə eksperti Adnan Arşad bildirib. Onun fikrincə, bu cür texnologiyalar inkişaf etməkdə olan ölkələrdə kiçik fermer təsərrüfatlarına çox müsbət təsir göstərə bilər, onlardan …

Read More »

COP29 ərəfəsində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ADA Universitetində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq. Boyukmillet.com xəbər verir ki, bununla bağlı COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. Paylaşımda qeyd edilib ki, avqustun 6-dan 9-dək təşkil olunacaq düşərgə beynəlxalq müəllimləri iqlim dəyişikliyi ilə bağlı məsələləri öz tədris proqramlarına daxil etmək üçün ruhlandıracaq.

Read More »

Dollar avro və funta qarşı bahalaşıb

ABŞ dolları avro və funt sterlinqə qarşı möhkəmlənib, lakin Yaponiya Mərkəzi Bankının pul siyasətini sərtləşdirməyə davam edəcəyi və Federal Ehtiyat Sisteminin (FED) tezliklə yumşalma tədbirlərinə başlayacağı gözləntiləri fonunda yapon yeninə qarşı kəskin ucuzlaşma nümayiş etdirir. Boyukmillet.com xəbər verir ki, ICE tərəfindən hesablanan və dolların 6 valyutaya (avro, İsveçrə frankı, yen, Kanada dolları, funt sterlinq və İsveç kronu) qarşı dinamikasını göstərən DXY indeksi 1,15 %, …

Read More »