ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Baydenin ən azı 1,4 milyon dollar məbləğində vergidən yayınması ilə bağlı məhkəmə prosesi sentyabrın 9-da başlayacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Kaliforniya Mərkəzi Dairəsinin Federal Məhkəməsinin elektron məlumat bazasında dərc edilən sənəddə göstərilib. 2023-cü il dekabrın əvvəlində Hanter Baydenə vergidən yayınma ilə bağlı doqquz ittiham irəli sürülüb. Prokurorlar prezidentin oğlunun vergi ödəmək əvəzinə ekstravaqant …
Read More »İsrailin Baş naziri Trampla görüşmək niyyətindədir
İsrailin Baş naziri Benyamin Netanyahu bu həftə ABŞ-a səfəri zamanı Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla görüşmək niyyətindədir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb. Belə ki, Tramp və Netanyahunun köməkçiləri Floridada görüşün mümkünlüyünü müzakirə ediblər, lakin respublikaçı hələ ki, birbaşa razılıq verməyib. Mənbə aydınlaşdırıb ki, görüş baş tutsa, bu həftənin sonunda Trampın Şimali Karolinada cümə …
Read More »Rusiya aktivlərindən əldə edilən 1,4 milyard avro Aİ-yə gələn ay köçürüləcək
“Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,4 milyard avro məbləğində vəsait avqustun ilk həftəsində Avropa Komissiyasına köçürüləcək”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel (Jozep Borrel) mətbuat konfransında deyib. Onun sözlərinə görə, vəsaitdən Kiyev üçün hava hücumundan müdafiə sistemləri və mərmilərin alınması, həmçinin Ukraynanın hərbi sənayesindən silah alınması üçün istifadə olunacaq: …
Read More »“Avtoş” yeniyetmələr kimlərin övladlarıdır?
6 saylı məktəb-liseyin məzunlarının sürdüyü avtomobillərin kimə məxsus olduğu məlum oldu Bakıda imkanlı və əsasən də vəzifəli şəxslərin övladlarının təhsil alması ilə məşhur olan Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin şagirdləri məzun olduqları gün bahalı avtomobillərlə, sükan arxasına keçərək Bakıda avtoyürüş keçiriblər. Məktəbin “11B, 11N, 11C” sinfindən məzun olan şagirdləri bahalı avtomobillərlə əvvəlcə məktəbin həyətində toplaşıblar. Daha sonra isə sükan …
Read More »İran nüvə sazişini bərpa etməyə hazır olduğunu açıqlayıb
İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) bərpa etməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Pezeşkian hökumətinin formalaşdırılması üzrə məsləhət komitəsinin rəhbəri Məhəmməd Cavad Zərif “X” sosial şəbəkəsində bildirib. “Bizim yeni hökumətimiz yeni seçilmiş prezident Pezeşkianın rəhbərliyi altında diplomatiyanın bu unikal nailiyyətinə qarşılıqlı riayət olunmasını təmin etmək üçün xoş niyyət addımı olaraq …
Read More »Xan Yunis bölgəsinin atəşə tutulması nəticəsində 49 nəfər ölüb
İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis ətrafına endirdiyi aviazərbələr nəticəsində ölən fələstinlilərin sayı 49-a çatıb, ən azı 186 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin teleqram kanalında məlumat verilib. “Bazar ertəsi səhər saatlarından etibarən İsrail ordusunun Xan Yunis bölgəsinə hücumları nəticəsində ən azı 49 nəfər ölüb, 186-dan çox yaralı var. Yaralılar Nasser tibb kompleksinə aparılıb”, – …
Read More »Xırdalanda sürət qatarı azyaşlını vurub
22 iyul tarixində saat 19:50 radələrində ADY-yə məxsus sürətli sərnişin qatarı Xırdalan stansiyasında hərəkətdə olarkən yol kənarında anası ilə birgə dayanmış azyaşlı uşaq valideynin nəzarətindən yayınaraq qəfil qatarın qarşısına çıxıb. Boyukmillet.com xəbər verir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. “Təəssüf hissi ilə bildiririk ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili yardım briqadası …
Read More »Bu il beynəlxalq pul köçürmələri vasitəsilə “Azərpoçt”a 87 milyon manat daxil olub
Bu ilin yanvar-iyun aylarında beynəlxalq pul köçürmələri vasitəsilə “Azərpoçt” MMC-nin poçt şöbələrinə 87 milyon manat vəsait daxil olub. Boyukmillet.com xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında “Azərpoçt” MMC-nin əməliyyat departamentinin direktoru Asiman Əliyev “Asan radio”da yayımlanan “Rəqəmsal Dialoq” verilişində deyib. Onun sözlərinə görə, hesabat dövründə “Azərpoçt”dan analoji sistemlər vasitəsilə xarici ölkələrə 29 milyon manat köçürülüb. “Ötən il ölkə üzrə daxilolmaların təqribən 20 %-i yəni 486 …
Read More »Səfir: Misirlə Azərbaycan arasında əlaqələr bundan sonra da möhkəmlənəcək
Misirlə Azərbaycan arasında əlaqələr bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək. Boyukmillet.com xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Hişam Məhəmməd Nağı Əbdül Həmid bu ölkənin milli bayramına həsr olunmuş rəsmi qəbul zamanı deyib. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycan və Misir arasında iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə birgə komissiyanın növbəti iclası keçiriləcək və bu, Bakı ilə Qahirə arasında iqtisadi-ticari …
Read More »Nazir Fərid Əhmədov Qusar şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov 22 iyul tarixində Qusar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Ədliyyə Nazirliyindən “Report”a bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar