Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ hüquq-mühafizə orqanları prezidentliyə namizəd Donald Trampa Pensilvaniya ştatında keçirilən mitinqdə atəş açan şəxsin kimliyini müəyyən edə bilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, bu, 20 yaşlı Tomas Metyu Kruksdur. Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.
Read More »Türkiyədə qırmızı bülletenlə axtarılan terrorçular zərərsizləşdirilib
Türkiyənin Mardin vilayətinin Dargeçit çölündə qırmızı bülletenlə axtarışda olan 2 terrorçu zərərsizləşdirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya “X” səhifəsində bildirib. Jandarma və polisin birgə həyata keçirdiyi “Bozdoğan-50” əməliyyatı ilə zərərsizləşdirilən terrorçulardan biri “Herekol” kod adlı Taner Öğmendir. Digər terrorçunun kimliyi müəyyənləşdirilir. TERÖRİST ETKİSİZ HALE GETİRİLDİ️Mardin ili Dargeçit kırsalında Jandarma ve Emniyet tarafından gerçekleştirilen “BOZDOĞAN-50” …
Read More »Prezident İlham Əliyev: Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampa qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. Boyukmillet.com paylaşımı təqdim edir: “Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”. Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident …
Read More »“Hərbi jurnalist Rahib Qərib vitse-admiral Şahin Sultanovun “yaşıl enerji” ilə bağlı effektiv və tam yeni təklifini təqdim edir”
Vitse admiral Şahin Sultanov Xəzər dənizində “Dalğa enerjisindən” istifadənin mümkünlüyünü elmi əsaslarla təqdim edir Qlobal istiləşmənin, kəskin iqlim dəyişikliklərinin mənfi təzahürlərindən əziyyət çəkən bəşəriyyət ənənəvi enerjidən bərpa olunan enerjiyə doğru yön alıb. Bu məqsədlə son illər dünya ölkələri bəşəriyyətin xilası naminə səylərini getdikcə artırır, “yaşıl enerji”yə keçidi sürətləndirmək üçün enerji sahəsində əməkdaşlığı genişləndirməyə can atırlar. Hətta uzun illər dünyanın neft-qaz …
Read More »Pezeşkian xarici siyasətinin prioritetlərini açıqlayıb
O, Ukraynada sülhün vacibliyini vurğulayıb, münasibətlərlə bağlı ABŞ-a çağırış edib İran Prezidenti Məsud Pezeşkian dünya ictimaiyyətinə ölkənin yeni administrasiyanın siyasətindən danışıb. O, “Tehran Tayms” qəzetində dərc olunan məqaləsində bildirib ki, bütün ölkələrlə münasibətlərdə milli maraqlara, iqtisadi inkişafa, regional, qlobal sülh və təhlükəsizliyin tələblərinə uyğun balanslı imkanlara əsaslanan siyasət həyata keçirəcək. “Yeni hökumətin əsas xarici siyasət yanaşması yeni üfüqlər açmaq və digər …
Read More »Azərbaycanın beynəlxalq katibliklə imzaladığı Razılaşma təsdiqlənib
2024-cü il iyunun 7-də məktublar mübadiləsi formasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma” təsdiq edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Bu Fərmanın 1-ci hissəsində göstərilən Razılaşma qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu …
Read More »Finlandiya klubuna məxsus stadionda yanğın baş verib
Finlandiyanın “Qnistan” klubuna məxsus “Mustapekka Arena”da yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə bu gün baş verib. Güclü yanğın nəticəsində klubun infrastrukturuna ciddi ziyan dəyib. Yanğının səbəbi məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, stadion 1934-cü ildə tikilib. “Qnistan” klubu 2023-cü ildə Finlandiya çempionatının yüksək liqasına çıxıb və 15 turdan sonra turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Read More »Muxtar Babayev ATƏT-in baş katibi ilə görüşüb
COP29-un prezidenti Muxtar Babayev Azərbaycanda səfərdə olan ATƏT-in baş katibi Helqa Mariya Şmid ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə COP29-un “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “ATƏT-in baş katibi Helqa Mariya Şmid ilə səmərəli görüş keçirilib. Görüşdə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) baxışı müzakirə olunub”, – paylaşımda qeyd edilib.
Read More »Ermənistan KTMT-nin Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi proqramını imzalamayıb
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Tacikistanla Əfqanıstan arasında sərhədin möhkəmləndirilməsi proqramını imzalamayıb. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın təşkilat yanında daimi nümayəndəsi Viktor Vasilyev deyib. Onun sözlərinə görə, KTMT-nin digər ölkələri Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi proqramını dəstəkləyir, lakin onlar Kabillə divarların tikintisini müdafiə etmirlər: “Qərar bütün KTMT dövlətləri tərəfindən dəstəklənib. Ermənistan indi xüsusi mövqe tutur. Yəni o, bu proqramın qəbuluna …
Read More »İran parlamentinin sədri: Rusiya ilə maliyyə əməliyyatlarını dollarsız həyata keçiririk
BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) verdiyi fürsətə əsasən, İranla Rusiya arasında bütün maliyyə əməliyyatları ABŞ dolları olmadan həyata keçirilir. Boyukmillet.com xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “Russia today” telekanalına müsahibəsində bildirib. O, İranla Rusiya arasında dərin əlaqələrin mövcud olduğunu da vurğulayıb: “Bizim ümumi maraqlarımız və eyni zamanda ortaq düşmənlərimiz var”. M.B.Qalibaf BRİKS-ə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar