Türkiyənin Qaradəniz bölgəsində şiddətli yağışlar ciddi ziyan və tələfata səbəb olub. Boyukmillet.com xəbər verir ki, Samsun, Ordu və Muş şəhərlərində şiddətli yağışların səbəb olduğu sel nəticəsində iki nəfər ölüb, 34 nəfər isə təxliyə edilib. Həmçinin, Bayburt, Ərzurum, Ərzincan, Kars, Ağrı, Ardahan, Van, Bingöl ve Muş rayonlarında sel barədə xəbərdarlıq edilib. Məlumata görə, şiddətli yağışlar nəticəsində Orduda bir çox məhəllələrdə torpaq …
Read More »Bakıda və azad edilmiş ərazilərdə ümumlikdə 145 abidəyə baxış keçiriləcək
Bakıda və işğaldan azad edilmiş ərazilərdə ümumlikdə 145 abidəyə baxış keçiriləcək. Bu barədə “Report”a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert şurasının həyata keçirilmiş işlərə və qarşıda duran vəzifələrə dair iclası keçirilib. Dövlət Xidmətinin Mədəni irsin qorunması şöbəsinin Abidələrin qorunmasına nəzarət sektorunun …
Read More »Baş prokuror Kamran Əliyev Vyanada işgüzar səfərdədir
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Avstriyaya işgüzar səfərə gedib. Boykmillet.com xəbər verir ki, səfər çərçivəsində Kamran Əliyev və Avstriyanın Baş prokuroru Margit Vaxberger arasında ikitərəfli görüş keçirilib. Margit Vaxberger nümayəndə heyətini salamlayaraq iki ölkə arasında mövcud münasibətlərin səviyyəsindən məmnunluğunu vurğulamaqla, bu əlaqələrin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib. Səmimi qəbula görə …
Read More »Gürcüstanın xarici işlər naziri ABŞ-yə səfər edib
Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfərə gedib. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, xarici işlər naziri iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO-nun yubiley sammitində və tərəfdaş ölkələr formatında planlaşdırılan xarici işlər nazirlərinin görüşündə iştirak edəcək. İ.Darçiaşvili sammit çərçivəsində planlaşdırılan digər tədbirlərdə də iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.
Read More »Ermənistanın baş naziri Təhlükəsizlik Şurasının iclasını keçirib
Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qeyd edilib ki, iclasda Silahlı Qüvvələrdə və avtomatlaşdırılmış vahid idarəetmə sistemində cari islahatlar, bioloji təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.
Read More »Ukrayna və Polşa təhlükəsizlik təminatı haqqında saziş imzalayıb
Ukrayna Prezidenti Volodimir Zelenskinin Varşavaya səfəri çərçivəsində Polşa ilə təhlükəsizlik təminatı haqqında saziş imzalanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Read More »Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib – SƏRƏNCAM
Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, A.Əliyev VI çağırış Milli Məclisin vitse-spikeri olub.
Read More »Qusar Rayon İcra Hakimiyyətinə başçı təyin edilib
Sahir Polad oğlu Məmmədxanov Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Read More »Viktor Orban Şuşadakı tədbirdə iştirakına görə tənqid edilib
Borell: “O, həmin sammitdə ittifaqı təmsil etmək mandatı almayıb” Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Cozep Borell (Josep Borrell) Macarıstanın baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının (OTS) zirvə toplantısına getməsinə görə tənqid edib. Bildirib ki, o, həmin sammitdə ittifaqı təmsil etmək mandatı almayıb. İyulun 5-də Viktor Orban Türk Dövlətləri Təşkilatının zirvə toplantısında iştirak etmək üçün Şuşa şəhərinə gəlib. Viktor Orban …
Read More »Fransa seçkilərində solçular koalisiyasının öndə olduğu deyilir
Səsvermə proqnozları açıqlandıqdan sonra avro ucuzlaşıb Fransada keçirilən parlament seçkilərində solçular koalisiyasının, Yeni Xalq Cəbhəsi partiyasının qalib gəldiyi bildirilir. Yeni Xalq Cəbhəsi koalisiyası Milli Assambleyada səs çoxluğunu qazanaraq dominant qüvvə olub. “Le Monde” qəzetinin məlumatına görə, sol parlamentdə 182 yer, Makronun mərkəzçi ittifaqı 168, Le Penin Milli Ralli (RN) və müttəfiqləri 143 yer qazanıb. “Reuters” yazır ki, bu, Prezident Emmanuel Makrona ağır …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar