Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Yeni Kaledoniyada hava limanının fəaliyyəti bərpa edilib, komendant saatı qısaldılıb

Yeni Kaledoniyanın hakimiyyət orqanları komendant saatını qısaldıb. Boyukmillet.com xəbər verir ki, paytaxt Numeyanı Avstraliya, Yaponiya, Sinqapur və digər ölkələrlə birləşdirən La Tontouta Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib. Ötən həftə Fransa prezidenti Emmanuel Makron may ayında iğtişaşlara səbəb olan seçki islahatlarının dayandırıldığını elan edib. Xatırladaq ki, Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb. Bunun səbəbi Parisin yeni …

Read More »

Aİ-nin Baş Qərargahı: Qərb bir sıra Afrika ölkələrində mövqeyini itirir

Kollektiv Qərb bir sıra Afrika ölkələrində mövqeyini itirir, digər ölkələr isə bu regiondakı mövqelərini möhkəmləndirirlər. Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqının Baş Qərargah rəisi, general-leytenant Mixel van der Laan Vaşinqtonun Avropa Siyasi Təhlil Mərkəzində çıxışı zamanı bildirib. “ABŞ də daxil olmaqla bir çox Qərb ölkəsi bizi Niger, Mali, Burkina Faso və digər ölkələrdən qovur. Əgər hərəkətsiz qalsaq, bu, …

Read More »

“Euronews”: Azərbaycanda keçirilən beynəlxalq minatəmizləmə konfransı vahid qlobal tərəfdaşlığa çağırışdır

Azərbaycanda keçirilən beynəlxalq humanitar minatəmizləmə konfransı vahid qlobal tərəfdaşlığa çağırışdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Euronews” telekanalının saytında yerləşdirilən məqalədə bildirilir. Məlum olduğu kimi, mayın sonunda dünyada minalarla ən çox çirklənmiş 5 ölkədən biri olan Azərbaycanda ANAMA və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilib. Konfransda 75 ölkədən 300-dən çox …

Read More »

Macar parlamentarilər Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan Milli Assambleyasının Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilkinin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 17-də Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri düzüb. Boyukmillet.com xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. …

Read More »

Son beş ayda əlilliyi olan şəxslərə 50 mindən çox reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-may aylarında əlilliyi olan şəxslərə 50,8 min reabilitasiya vasitəsi verib. Boyukmillet.com xəbər verir ki, onlardan 4,1 mini təkərli oturacaq (o cümlədən 139-u mühərrikli təkərli oturacaq), 993-ü aşağı və yuxarı ətraf, habelə 1,2 mini eşitmə aparatı, 1,2 mini qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan …

Read More »

Azərbaycanın kişi boksçulardan ibarət millisi Türkiyədə hazırlıq keçəcək

Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarının hazırlıqlarını davam etdirir. Boyukmillet.com xəbər verir ki, komanda baş məşqçi Pedro Rokenin rəhbərliyi altında növbəti təlim-məşq toplanışını Türkiyədə keçəcək. Bu gün səfərə yollanan yığmanın heyətində Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq), Məhəmməd Abdullayev və Bekhan İsrailov (hər ikisi +92 kq) yer …

Read More »

Dəniz nəqliyyatı ilə daşınan yüklərin dəyəri artıb, həcmi cüzi azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 861 milyon 409 min ABŞ dolları dəyərində 1 milyon 122 min 23 ton yük daşınıb. Boyukmillet.com xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrünə nisbətən müvafiq olaraq 16,9 % çox və 1 % azdır. Beş ayda dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin həcmi 29 min 529 ton (əvvəlki ilin analoji dövrü ilə müqayisədə 3,2 % az), dəyəri 46 milyon 852 min ABŞ dolları (40,9 % az) olub. …

Read More »

Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yaranıb

Paytaxtın Nərimanov rayonunun Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yaranıb. Boyukmillet.com xəbər verir ki, poladəritmə zavodunun qarşısında, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun həm “Koroğlu”, həm də “20 Yanvar” stansiyaları istiqamətində sıxlıq yaranıb.

Read More »

Ermənistanda etirazçıların kütləvi həbsinə başlanılıb

Səhər saatlarında Ermənistanın müxtəlif şəhərlərində kütləvi həbs dalğası başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan məlumat verib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri Martuni, Qavar, Vanadzor, Ucan və İrəvanda etiraz hərəkatının tərəfdarlarını saxlayırlar. Ötən gün “Daşnaksütyun”un Vayk və Yeqnadzordakı ofislərində axtarışlar aparılıb və bu partiyanın üzvləri saxlanılıb. Amma saxlanılanların dəqiq sayı hələ ki dəqiq məlum deyil.

Read More »

Azərbaycan Prezidenti: Birləşmiş Krallıq ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir

Birləşmiş Krallıq ilə münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza ünvanladığı təbrik məktubunda qeyd olunub. “Biz dövlətlərarası əlaqələrimizin bütün sahələrdə dərinləşməsinə, xüsusilə də strateji xarakter daşıyan çoxillik səmərəli enerji əməkdaşlığımızın daha da genişlənməsinə böyük önəm veririk. Bu ilin noyabrında Azərbaycanın …

Read More »