Paytaxtın Yasamal rayonunda 26 min manatdan çox pulu dələduzluq yolu ilə almaqda şübhəli bilinən qadın saxlanılıb. Boyukmillet.com xəbər verir ki, yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfər şəxsin 26385 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən 1972-ci il təvəllüdlü qadın saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Read More »İşdən çıxarılan icra başçısının sərvəti
Şair Alxasovun ailəsinə məxsus əmlakların bir qismi məlumdur Mayın 31-də dövlət başçısı İlham Əliyev Şair Balaşərif oğlu Alxasovun Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi ilə əlaqədar sərəncam imzalayıb. Şair Alxasov 2007-ci ildən Qusar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. O, 2 dekabr 1958-ci ildə Qusar rayonunun Çətgün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə …
Read More »Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı aksiya keçiriləcək
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə yerli vaxtla saat 20:00-da “Xarici təsirin şəffaflığı haqqında” Qanuna qarşı aksiya keçiriləcək. Boyukmillet.com xəbər verir ki, aksiyanın iştirakçıları Respublika meydanına toplaşacaqlar. Eyni zamanda, saat 21:00-da “Avropanın gələcəyi naminə” xeyriyyə konserti keçiriləcək. Xatırladaq ki, Gürcüstan parlamenti mayın 28-də “Xarici təsirin şəffaflığı” qanun layihəsinə Prezidentin veto qoymasını dəf edib.
Read More »“28 May” metrostansiyasında sərnişin qatarın yoluna düşüb
“28 May” metrostansiyasında sərnişin stansiya yoluna düşüb. Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-dən bildirilib. Qeyd edilir ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.
Read More »ABŞ-də atışma nəticəsində bir nəfər ölüb, onlarla yaralı var
ABŞ-nin Ohayo ştatının Akron şəhərində atışma olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “News 5 Cleveland” telekanalı polisə istinadən məlumat yayıb. Atışma nəticəsində azı 1 nəfər ölüb, 26 nəfər yaralanıb. Hələlik baş verənlərlə bağlı başqa təfərrüatlar yoxdur, araşdırma aparılır.
Read More »Şəkidə evdə partlayış olub, xəsarət alanlar var
Şəki rayonunda yaşayış evində partlayış baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Baş Göynük kəndində qeydə alınıb. Belə ki, partlayış zamanı iki nəfər – 1946-cı il təvəllüdlü Seyidov Məhəmməd Mehralı oğlu və 1952-ci il təvəllüdlü Seyidova Güllü Həmid qızı yanıq xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
Read More »Masallıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Nazirliyin “112” qaynar telefon xəttinə rayonun Qəriblər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı iki minik avtomobili toqquşub və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə …
Read More »İsrail ordusu Qəzza zolağına kütləvi zərbələr endirib
İsrailin Müdafiə Ordusu bazar günü səhər Qəzza zolağında terrorçuların hədəflərinə irimiqyaslı zərbələr endirib. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrailin “Walla” xəbər portalı xəbər yayıb. Məlumata görə, hücuma məruz qalan ərazilər arasında Rəfahın şərq və cənub məhəllələri, Deyr əl-Bələh, Qəzza şəhərinin cənub hissəsi və Əl-Buric şəhəri də var. Həmçinin bildirilir ki, İsrail ordusu Qəzza zolağının şimalında bir neçə hədəfi atəşə …
Read More »Kanada ABŞ-nin Asiyada müdafiə sənayesi təşəbbüsünə qoşulmaq niyyətindədir
Kanada ABŞ-nin Hind-Sakit Okean regionunda müdafiə sənayesinin dayanıqlığını gücləndirmək təşəbbüsünə qoşulacaq. Boyukmillet.com xəbər verir ki, bunu Kanadanın müdafiə naziri Uilyam Bleyr Sinqapurda “Şanqri-La Dialoq” beynəlxalq təhlükəsizlik forumunda çıxışı zamanı deyib. O, vurğulayıb ki, bunu daha əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin də elan edib. “Mən Kanadanın Hind-Sakit Okean regionunda müdafiə sənayesi bazasının dayanıqlığını təmin etmək üçün ABŞ-nin müdafiə baziri Ostin tərəfindən …
Read More »Əgər Rusiya ərazilərinə zərər dəymiş olsaydı Azərbaycan humanitar yardım edərdi
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Karasinin son açıqlamalarını provokativ sayır: “Gah deyir ki, Xankəndidə konsulluq açılsın, gah Donbasa dəstəkdən dəm vurur. Hiss olunur ki, Rusiyada hansısa dairələrin təlimatını yerinə yetirir. Rusiya dövləti yaxşı bilir ki, Azərbaycan bu addımı atmayacaq. Çünki ərazi işğaldadır. Əgər Rusiya ərazilərinə zərər dəymiş olsaydı Azərbaycan humanitar yardım edərdi. Misal üçün Belqorod, Kursk, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar