Azərbaycan dövlətinə və xalqına daim sülh, rifah və tərəqqi arzu edirik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı rəsmi “X” hesabındakı paylaşımında deyib. “Bu gün qardaş Azərbaycan Respublikasının müstəqilliyinin 106-cı ildönümüdür. Bu əlamətdar gün münasibətilə bütün qardaşlarımızı ürəkdən təbrik edir, Azərbaycan dövlətinə və xalqına daim sülh, rifah, tərəqqi arzu edirik”, – paylaşımda bildirilib.
Read More »Səbinə Əliyeva Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti ilə görüşdü – FOTO
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Quzey Kıbrıs Türk Cümhuriyyətinin Ombudsmanı İlkan Varolun dəvəti əsasında bu ölkədə səfərdədir. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində Ombudsman Səbinə Əliyeva Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar ilə görüş keçirib. Görüş zamanı Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib, beynəlxalq təşkilatlarla, xarici ölkələrin ombudsman …
Read More »Fransa səfiri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə o, “X” paylaşım edib. “Fransanın səfirliyi adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycana sülh və firavanlıq dolu gələcək arzulayıram. Milli günün mübarək olsun!”, – deyə paylaşım edib. Fransanın səfirliyi adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm.Azərbaycana sülh və …
Read More »Baş konsul: İranla Rusiya arasında ticarət dövriyyəsi dörd milyard dollardan çoxdur
İranla Rusiya arasında ticarət dövriyyəsi dörd milyard dollardan bir az çoxdur. Boyukmillet.com xəbər verir ki, bunu Rusiyanın İsfahandakı Baş konsulu Andrey Jiltsov bildirib. Onun sözlərinə görə, mövcud ticarət əlaqəsinin həcmi iki ölkənin imkanlarına uyğun deyil. A.Jiltsov bildirib ki, İran-Rusiya müştərək iqtisadi komissiyası kosmos, aviasiya, gəmiqayırma, dinc nüvə enerjisi, neft-qaz hasilatı və emalı, nəqliyyat, elm, tibb, kənd təsərrüfatı, maliyyə, təhsil, mədəniyyət …
Read More »Türkiyə MN: “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bərabər olacağıq
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib. “İki bədəndə bir can; Türkiyə-Azərbaycan! Azərbaycanlı qardaşlarımızın 28 May – Müstəqillik Günü mübarək. Biz bundan sonra da “Bir millət, iki dövlət” anlayışı ilə birliyimizi davam etdirəcəyik”, – deyə paylaşımda qeyd olunub. İki bedende bir can; Türkiye-Azerbaycan!🇹🇷🇦🇿Azerbaycan …
Read More »28 May qüruru və nisgilimiz
Sən bizimsən bizimsən durduqca bədəndə can, Yaşa yaşa çox yaşa ey şanlı Azərbaycan! Məhz bu şerlə bitirdi Cümhuriyyətin 35 illiyi münasibətilə o məşhur xitab. Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin 1953-cü ildə “ Amerikanın səsi” radiosu ilə Azərbaycan xalqına yayımlanan və bu gün də sevərək, təkrar təkrar dinlədiyimiz unudulmaz müraciəti.. Hələ iki il sonra mart ayının 6-da gözlərini əbədi …
Read More »Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Millət Vəkili Sabir Rüstəmxanlı 28 May Müstəqillik Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib
Təbrikdə deyilir: “Əziz bacılar və qardaşlar! 28 May – Müstəqillik Günü münasibəti ilə hamınızı təbrik edir, hər birinizə uzun ömür, can sağlığı arzulayıram. Ötən əsrin əvvəllərində, 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının, dövrün tanınmış siyasətçiləri və ziyalılarının fədakarlıqları nəticəsində Azərbaycanda Şərqin ilk demokratik dövləti yaradılıb. Bu dövlət cəmi 2 il yaşasa da, ölkəmizin və xalqımızın tarixində …
Read More »Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Bu gün Azərbaycanda Müstəqillik Günüdür. Boyukmillet.com xəbər verir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 106 il ötür. Bu bayram artıq dördüncü ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyasının süqutu ilə ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli …
Read More »Türkdilli dövlətlərin nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək
İyunun 1-də Şuşa şəhərində Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin VIII İclası və Türk Akademiyasının Elmi Şurasının VII İclası keçiriləcək. İclaslarda Türk Dövlətləri Təşkilatı, həmçinin Türk Akademiyasına üzv və müşahidəçi dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər. Tədbirlər zamanı ölkələr arasında ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
Read More »Xarkovda supermarketə zərbə nəticəsində ondan çox insan ölüb
“Bu, Rusiya dəliliyinin növbəti təzahürüdür” Rusiya qüvvələrinin Ukraynanın şimalında yerləşən Xarkov şəhərində supermarketə raket zərbəsi endirdiyi bildirilir. Nəticədə azı 12 nəfərin öldüyü, 43 nəfərin isə yaralandığı açıqlanıb. Ukrayna Prezidenti Volodimir Zelenski supermarketə hücum zamanı 200-dən çox insanın zərər görə biləcəyini iddia edib. “Xarkova bu zərbə Rusiya dəliliyinin növbəti təzahürüdür. Yalnız Rusiya Prezidenti Vladimir Putin kimi dəlilər insanları bu şəkildə öldürər və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar