Bazar , 5 Aprel 2026

autor

Ağ Ev Londona xəbərdarlıq etdi: Çin vacib infrastruktura gizli çıxış əldə edəcək

ABŞ administrasiyası Böyük Britaniya hökumətinin Londonda Çinin yeni səfirlik binasının tikintisinə icazə verilməsindən ciddi şəkildə narahatdır. Boyukmillet.com “The Daily Telegraph” qəzetinə istinadən xəbər verir ki, bu narahatlıq yenidən Londonun diqqətinə çatdırılıb. Qəzetin Ağ Evdəki mənbəsinə görə, ABŞ “düşmənlərin Vaşinqtonun ən yaxın müttəfiqlərinin vacib infrastrukturunu istismar etməsindən dərin narahatlıq keçirir”. Daha əvvəl ABŞ rəsmiləri dəfələrlə Çin diplomatik missiyasının şəhərin yaxınlığındakı tarixi Kral …

Read More »

Azərbaycanda iki valyuta BAHALAŞDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, yanvarın 21-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0393 manat təşkil edib. Avro 1,9821 manatadək, Rusiyanın 100 rublu isə 2,1870 manata kimi bahalaşıb.

Read More »

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub

“Range Rover”lə təhlükəli manevr edən sürücü həbs olunub. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, BDYPİ-nin 11-ci taqımının əməkdaşları tərəfindən Ələt–Astara avtomobil yolunun 143-cü kilometrində hərəkət zamanı qayda pozuntularına yol verən “Range Rover” markalı, 90-YC-977 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb. Məsuliyyətdən yayınmaq məqsədilə təhlükəli manevrlər edən sürücünün hərəkətlərinin qarşısı alınaraq qanunvericiliyə uyğun tədbirlər görülüb. Araşdırmalarla sürücü …

Read More »

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı mövqeyini açıqlayıb

Ali Məhkəmə yaşamaq, sağlamlıq və bədən toxunulmazlığı hüquqlarına dair vahid hüquqi mövqe formalaşdırıb. Bu barədə  məhkəmədən məlumat verilib. Bildirilib ki, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu toxunulmaz və mütləq hüquq olmaqla, ən ali fundamental hüquqdur. Sağlamlıq hüququ isə yaşamaq hüququnun ayrılmaz və tamamlayıcı tərkib hissəsi olmaqla, insanın sağlam şəraitdə yaşaması, fiziki və psixoloji sağlamlığının qorunması və bərpası hüququdur. Konstitusion …

Read More »

Azərbaycan Trampın Sülh Şurasına üzvlüklə bağlı dəvətini qəbul edib

Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olmaqla bağlı dəvətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Donald Tramp yanvarın 16-da Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək Azərbaycanı quruma təsisçi üzv dövlət olmağa dəvət edib: “Azərbaycan həmin dəvəti qəbul edərək Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini …

Read More »

Hərbi xidmətdən möhlət alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər – EKSKLÜZİV

Hərbi xidmətdən möhlət hüququ verilən vaxtın başa çatmasına az qalan şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Bu barədə “Report”un son zamanlar müxtəlif xəstəliklər səbəbindən hərbi xidmətdən möhlət hüququ alanların təkrar müayinədən keçməli olması ilə bağlı yayılan məlumatlar haqqında sorğusuna cavabında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib. Şöbə rəisi qeyd …

Read More »

Vaqif Allahverdiyevə hökm oxundu

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən, ABŞ-da yaşayan Vaqif Allahverdiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub. Hökmə əsasən, Vaqif Allahverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, Vaqif Alllahverdiyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, …

Read More »

Kəskin hava şəraiti ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Hazırda müşahidə olunan kəskin hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edib. FHN-dən bildirilib ki, hazırda ölkə ərazisində, o cümlədən, Bakıda və Abşeron yarımadasında soyuq, kəskin və yağıntılı hava şəraiti müşahidə olunur. “Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı …

Read More »

Tramp Makronu yeni rüsumlarla hədələyib

ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronu Fransadan idxal edilən şərab və şampanlara 200 %-lik rüsum tətbiq etməklə hədələyib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. ABŞ Prezidenti bu bəyanatı jurnalistlər ona Makronun Qəzza üzrə Sülh Şurasına qoşulmaq təklifini rədd edə biləcəyini söylədikdən sonra verib. “Onsuz da o, heç kimə lazım deyil, çünki tezliklə vəzifəsini tərk …

Read More »

20 Yanvar xalqın müstəqillik uğrunda mübarizəsini gücləndirdi – ŞƏRH

20 Yanvar faciəsi sovet rəhbərliyinin Azərbaycan xalqının müstəqillik və azadlıq arzularını sındırmaq məqsədilə həyata keçirdiyi amansız hərəkət idi. Bunu AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev mədəniyyət mərkəzinin sədri Bilal Dündar bildirib. Onun sözlərinə görə, hücumun məqsədi təkcə şəhəri zəbt etmək deyildi; əsas niyyət xalqın milli oyanışını sındırmaq və qorxu yaratmaq idi. “Lakin xalqın birliyi və mübarizə ruhu bu cəhdləri boşa çıxardı. Bu …

Read More »