Bazar , 5 Aprel 2026

autor

BMT-nin Baş katibi İran hakimiyyətinə çağırış edib

BMT-nin Baş katibi Antonio Quterreş İran hakimiyyətini maksimum təmkinlilik göstərməyə və zərurətdən artıq güc tətbiqindən çəkinməyə çağırıb. Boyukmillet.com bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib. “Birləşmiş Millətlər Təşkilatı (BMT) İranda baş verən nümayişlər və zorakılıq hadisələrini yaxından izləyir və itkilərdən ciddi narahatdır. Eyni zamanda, ölkədə informasiya əldə etmə imkanlarının təmin olunması, o cümlədən rabitə bağlantılarının …

Read More »

Gürcüstanın keçmiş Baş naziri həbs edilib

Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili həbs edilib. Bu haqda məlumatı Gürcüstan Baş Prokurorluğu yayıb. Məlumata görə, Qaribaşvili xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunur. O, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bundan əlavə, keçmiş Baş nazirə 1 milyon lari (təxminən 371 min dollar) miqdarında cərimə tətbiq olunub və cinayət yolu ilə əldə olunmuş pullar müsadirə ediləcək. Prokurorluq bildirir ki, …

Read More »

İran rejimi etirazlara qarşı silahlardan istifadə edir: ölənlərin sayı artır

İranda 15 gündür davam edən kütləvi etirazlar getdikcə daha sərt formada yatırılır. Sosial şəbəkələrdə yayılan videolarda dünən gecə saatlarında Tehranın Punak meydanı və ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində minlərlə insanın küçələrə axışaraq hökumət əleyhinə etiraz etdiyi görünür. Etirazlar ölkə üzrə 585 məkanda, 186 şəhərdə və İranın bütün 31 vilayətini əhatə edib. Təhlükəsizlik qüvvələri isə etirazlara qarşı gözyaşardıcı qaz, canlı güllələr və pnevmatik …

Read More »

İranda etirazlar qanlı məcraya keçib: Təhlükəsizlik qüvvələrinin 217 nəfəri öldürdüyü deyilir

İranda hökumət əleyhinə etiraz aksiyaları cümə axşamı gecəsi kəskin şəkildə genişləndikdən sonra hakimiyyət təhlükəsizlik qüvvələrinə açıq atəş əmri verib. Paytaxt Tehranda çalışan bir həkimin anonimlik şərti ilə TIME nəşrinə verdiyi məlumata görə, təkcə paytaxtdakı altı xəstəxanada azı 217 etirazçının ölümü qeydə alınıb. Ölənlərin əksəriyyətinin canlı güllə ilə vurulduğu bildirilir. Bu məlumatlar təsdiqlənsə, İran hakimiyyətinin son illərdə etirazlara qarşı həyata keçirdiyi ən qanlı …

Read More »

Tramp: “Əgər ABŞ Qrenlandiyanı götürməsə, bunu Rusiya və ya Çin edəcək”

Əgər ABŞ tez hərəkətə keçməsə Rusiya və ya Çin Qrenlandiyanı “ələ keçirə bilər”. Boyukmillet.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbəti zamanı səsləndirib. Söhbət onun Florida ştatındakı Palm-Biçdə yerləşən Mar-a-Laqo iqamətgahında keçirdiyi həftəsonundan sonra, oradan Vaşinqtona qayıdarkən təyyarədə baş tutub. “Əgər biz Qrenlandiyanı götürməsək, bunu Rusiya və ya Çin edəcək. Mən buna imkan verməyəcəyəm. …

Read More »

MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

Azərbaycanda dövlət qeydiyyatına alınan siyasi partiyaların 2025-ci il üzrə maliyyə hesabatlarının qəbul olunmasına başlanılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib. Qeyd edilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, artıq yanvarın əvvəlindən bu prosesə start verilib. Siyasi partiyalar ötən il üzrə maliyyə hesabatlarını aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər. Qanunvericiliyə əsasən siyasi partiyaların maliyyə hesabatları MSK-nın rəsmi …

Read More »

İrana zərbə planlarının Trampla müzakirə olunacağı tarix açıqlandı

Ağ Ev administrasiyası İrana qarşı hədəfli hücumlar və orada kiberhücumlar etməyi nəzərdən keçirir. Boyukmillet.com xəbər verir ki, məlumatı “Politico” mənbələrə istinadən yayıb. Bildirilir ki, Tramp yanvarın 13-də İrandakı vəziyyətə mümkün cavab variantları barədə məlumatlandırılacaq. Qəzet qeyd edir ki, “Trampa hədəfli hücumlardan kiberhücumlara qədər bir sıra mümkün tədbirlər təqdim olunacaq”.  Administrasiya mülki əhali arasında itkilərin qarşısını almağa və “özünü İranın silahlı qüvvələrini …

Read More »

Qurban Qurbanovun son xəbərdarlığından danışdı: Yollarımızı ayıracağıq, səhv edə bilmərəm

“Yayda Qurban müəllimlə görüşümüz oldu. O mənə dedi ki, bu cür davam edəcəksənsə, yollarımızı ayıracağıq. Bildirdi ki, “indiyə qədər sənə çox güvənmişəm. Amma bu millətə, bu azarkeşə qarşı səhv edə bilmərəm”. Bu sözləri “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev “Qafqazinfo”ya müsahibəsində deyib. “Qurban Qurbanova bildirdim ki, nə qədər uğur qazanmışamsa, burada sizin və ailəmin əziyyəti danılmazdır. Ona söz verdim ki, özümdə çox …

Read More »

Suriya Daxili İşlər Nazirliyi 400-dən çox SDQ döyüşçüsünün Hələbdən çıxarıldığını açıqlayıb

PKK terror təşkilatının bir qolu olan “Suriya Demokratik Qüvvələri”nin (SDQ) 400-dən çox yaraqlısı Hələb şəhərindən çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” qəzetinə respublikanın Daxili İşlər Nazirliyinin nümayəndəsi məlumat verib. Onun məlumatına görə, yaraqlılar şənbə günü hökumət qoşunları və daxili təhlükəsizlik qüvvələri tərəfindən təmizlənən Əşrəfiyə və Şeyx Maqsud məhəllələrində olublar. “59-u yaralı olmaqla, 419 yaraqlı çıxarılıb. Daha 300 …

Read More »

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç günlük matəm elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İranın dövlət televiziyası Press TV məlumat yayıb. Bildirilir ki, matəm qərarı iğtişaşlar zamanı onlarla iranlının, o cümlədən təhlükəsizlik qüvvələrinin nümayəndələrinin həyatını itirməsi ilə bağlı verilib. Məlumatda qeyd olunur ki, hökumət həlak olanların ailələrinə başsağlığı verib …

Read More »