Dünya Bankı ölkələr üzrə özəl sektorun fəaliyyəti üçün yaradılan şəraitin keyfiyyətini qiymətləndirən “Business Ready 2025” (B-READY) hesabatını açıqlayıb. Azərbaycan ilk dəfə olaraq bu hesabatda yer alıb. Hesabat üç əsas sütun üzrə qruplaşdırılan 10 mövzunu əhatə edir. “Tənzimləyici çərçivə” (Regulatory Framework), “Dövlət xidmətləri” (Public Services) və “Əməliyyat effektivliyi” (Operational Efficiency) adlanan bu sütunlar çərçivəsində biznesə giriş, vergi sistemi, rəqabət mühiti, biznesin …
Read More »Gürcüstan Ermənistana göndərilən Azərbaycan yanacağından PUL QAZANACAQ
Gürcüstan Azərbaycandan Ermənistana göndərilən benzinin ikinci tranziti üzrə ödəniş alacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan erməni mediasına açıqlamasında bildirib. Onun sözlərinə görə, tranzit haqqının ödənilməsi benzinin qiymətinə ciddi təsir göstərməyəcək. Ayriyan qeyd edib ki, qiymətlərə əsas təsiri valyuta məzənnələrindəki dəyişikliklər və qlobal bazar qiymətləri göstərir.
Read More »ABŞ vətəndaşlarına İranla bağlı ÇAĞIRIŞ ETDİ
ABŞ Dövlət Departamenti vətəndaşlarına rəsmi xəbərdarlıq edərək, onları İrana səyahət etməkdən çəkinməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə mesaj departamentin “X” sosial şəbəkəsindəki səhifəsində dərc edilib. Bildirişdə qeyd olunur ki, ABŞ-ın Tehranda səfirliyi yoxdur və vətəndaşlarının İranda olması terrorizm, kütləvi iğtişaşlar, adam oğurluğu və əsassız həbs də daxil olmaqla ciddi risklərlə əlaqələndirilir. Dövlət Departamentinin açıqlamasında deyilir: “Təhlükəsizliyiniz üçün heç bir …
Read More »Türkiyə Ukraynaya qoşun göndərmək üçün şərtini AÇIQLADI
Ötən ayın sonlarından etibarən İranda baş qaldıran etiraz aksiyaları artan templə davam etməkdədir. Bu günlər ərzində bir çox məsələlər gündəmi zəbt etdi. Aksiyaların əsas nəticəsi kimi, 1979-cu ildə tarixin arxivinə göndərilən Şah rejiminin geri qaytarıla biləcəyi ehtimalı daha çox irəli sürülür. Son gələn məlumatlara əsasən deyə bilərik ki, sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu, hazırda Amerikada yaşayan Rza Pəhləvi …
Read More »Rayonlarda yağıntı intensivləşəcək, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında yanvarın 9-u gündüzdən 10-u axşamadək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Read More »Suriya ordusu “SDQ”yə qarşı hərbi əməliyyata başlayıb
Suriya ordusu Hələbdə Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı hərbi əməliyyata başlayıb. Bu barədə Boyukmillet.com SANA-ya istinadən xəbər verir. Məlumatlara görə, Hələbin Şeyx Maqsud, Əşrəfiyyə və Bəni Zeyd rayonlarında komendant saatı tətbiq edilib. Mülki əhaliyə SDQ-nın bütün mövqelərindən uzaq durmağa çağırış edilib, bu mövqelər ordunun leqitim hədəfləri elan edilib. Xatırladaq ki, Suriyanın paytaxtında vəziyyət yanvarın 6-da “SDQ”nin pilotsuz uçuş aparatları ilə hökumət …
Read More »İsrail ərazisinə Qəzzadan raket atılıb
İsrail Müdafiə Ordusu (IDF) Qəzza şəhəri ərazisindən İsrail ərazisinə doğru uğursuz raket atışı qeydə alıb. Bu barədə Boyukmillet.com “The Times of Israel”ə istinadən məlumat verir. Hərbçilərin məlumatına görə, mərmi Qəzza zolağındakı İsrail postları yaxınlığında yerləşən xəstəxananın yaxınlığına düşüb. Ölən və ya yaralananlar barədə məlumat yoxdur. İsrail Müdafiə Ordusu Qəzza zolağındakı raket buraxılış meydançasına məqsədyönlü zərbə endirdiyini bildirib. IDF qeyd edib ki, Qəzzadakı …
Read More »Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb, 14 kq marixuana aşkar edilib
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər. Tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini, 45 yaşlı Emil Xəlilov saxlanılıb. Ondan ümumilikdə 14 kiloqram 815 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. E.Xəlilovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan …
Read More »Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi Maqsud Nəsirovun qanunsuz əməllərinə dair ayrı-ayrı şəxslərin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ibtidai istintaqla Maqsud Nəsirovun qeyd olunan vəzifədə işləyərkən öz …
Read More »Bakıdan Əbu-Dabiyə birbaşa uçuşların sayı artırılacaq
Birləmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” şirkəti Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlara başlayacaq. Bu barədə “Report”un sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Məlumata görə, Bakı-Əbu-Dabi aviareyslərinin yerinə yetirilməsinə iyunun 15-dən start veriləcək. Bundan əvvəl “Etihad Airways” iki ölkənin paytaxtları arasında birbaşa uçuşlara martın 2-dən başlanılacağını bəyan etmişdi. Hazırda BƏƏ-nin “Air Arabia Abu Dhabi” şirkəti də Bakıdan Əbu-Dabiyə və əks istiqamətdə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar