Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib. “32 il əvvəl Xocalıda dünyanın gözləri qarşısında qətlə yetirilən qardaşlarımızın xatirəsini yad edir, can Azərbaycana başsağlığı verirəm. Türkiyə hər zaman Azərbaycanın yanındadır”, – deyə nazir vurğulayıb. https://twitter.com/intent/tweet?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1762039812490498177%7Ctwgr%5Ef84d4c786b9357c62cda47bc172b7180ee137f2e%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Fturkiye-xin-bascisi-xocali-soyqirimi-ile-bagli-bassagligi-verib%2F&in_reply_to=1762039812490498177
Read More »İstanbulun küçələrində quraşdırılan monitorlarda Xocalı soyqırımı ilə bağlı görüntülər nümayiş olunur
Türkiyənin İstanbul şəhərinin bəzi küçələrində quraşdırılan monitorlarda Xocalı soyqırımı ilə bağlı görüntülər nümayiş olunur. “Report”un yerli bürosu xəbər verir ki, aksiyanı şəhərin Bəyoğlu bələdiyyəsi təşkil edib. Monitorlarda Xocalıda törədilən qırğınla bağlı foto və videolarla yanaşı soyqırımı barədə məlumatlar da təqdim olunur. Faciənin 32-ci ildönümünə həsr olunan aksiya günün sonunada yekunlaşacaq.
Read More »Türkiyə parlamentinin sədri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb. Boyukmillet.com-un xəbərinə görə, o, faciənin 32-ci ildönümü ilə əlaqədar “X” sosial şəbəkəsində paylaşım edib. “1992-ci il fevralın 26-da Xocalıda ermənilər tərəfindən qətlə yetirilən uşaq, qoca və qadın – bütün qardaşlarımızın xatirəsini hörmətlə yad edir, Azərbaycan xalqının dərdini ürəkdən bölüşürəm. Bütün dünya insanlığa qarşı törədilən bu cinayətin qurbanlarına …
Read More »İran səfirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı başsağlığı verib
İranın Azərbaycandakı səfirliyi Xocalı faciəsi qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib. “İranın Azərbaycandakı səfirliyi Xocalı faciəsinin 32-ci ildönümü münasibəti ilə bir daha dost və qardaş Azərbaycan xalqına başsağlığı verir, faciə qurbanlarının yaxınlarının dərdinə şərik olduğunu bildirir”, – paylaşımda qeyd olunub. https://twitter.com/intent/tweet?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1762040952997237123%7Ctwgr%5Ebc2bc348fc5178419c3dc946fb19980f82656e22%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Freport.az%2Fxarici-siyaset%2Firan-sefirliyi-xocali-soyqiriminin-32-ci-ildonumu-ile-bagli-bassagligi-verib%2F&in_reply_to=1762040952997237123
Read More »Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq
Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. “Danışıqlarda bəlli bir fasilə baş versə də, sülh sazişinin mətni üzərində işlər davam etdirilirdi. Lakin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start …
Read More »Ertuğruloğlu Xocalı soyqırımı ilə bağlı paylaşım edib
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu Xocalı soyqırımı ilə bağlı paylaşım edib. Nazir paylaşımında soyqırımı qurbanlarının xatirəsini yad edib: “Ermənilərin 32 il öncə törətdikləri soyqırımına məruz qalan azərbaycanlı qardaşlarımızın kədərini dərindən bölüşürük”.
Read More »Berdiməhəmmədov Ərdoğana “Türkmənistanın fəxri ağsaqqalı” adını verib
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında qlobal sülhə və davamlı inkişafa öz töhfəsini verməkdədir. Boyukmillet.com-un “Neytral Türkmənistan” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədovun 70 illik yubileyi münasibətilə türkiyəli həmkarına göndərdiyi təbrikdə deyilir. “Türkmən xalqına qədim mehriban qonşuluq və yaşlı nəslə hörmət ənənələrinə sadiq qalaraq, Türkmənistan-Türkiyə münasibətlərinin inkişafına verdiyiniz böyük şəxsi töhfənizi, xalqlarımızın birliyinə yönəlmiş …
Read More »Türkiyə səfiri: Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik
Xocalı soyqırımının unudulmasına imkan verməyəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “X” sosial şəbəkəsindəki hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar yazıb. “Bitməyən ağrı Xocalı Soyqırımı, unutmadıq, unutmayacağıq, unudulmasına imkan verməyəcəyik”, – səfir qeyd edib. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin …
Read More »Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda “Xocalıya ədalət” şüarı yer alıb. https://www.instagram.com/p/C3yHjzEs8aR/?utm_source=ig_embed&ig_rid=4b7a33df-91f2-4b6d-b699-ea79321b6531&ig_mid=CFEAAD1E-4236-4000-8629-55883094073C
Read More »Xocalı soyqırımından 32 il ötür
Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhərinin işğalı və Xocalı soyqırımının törədilməsinin növbəti ildönümüdür. Boyukmillet.com-un məlumatına görə, soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar