Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Qarabağda daha 6 yaşayış məntəqəsinin layihələndirilməsinə başlanılır

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha 6 yaşayış məntəqəsinin layihələndirilməsinə başlayır. Boyukmillet.com bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, layihələndirmə işləri Tərtər rayonunun Umudlu qəsəbəsi, Şuşa rayonunun Malıbəyli və Turşsu qəsəbələri, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Xocavənd rayonunun Xocavənd kəndi və Xocalı şəhərini əhatə edəcək.

Read More »

Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürüb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fevralın 21-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 2 qumbara, 18 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 138 ədəd müxtəlif çaplı patron təhvil götürülüb. Həmçinin, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də Xankəndi …

Read More »

Azərbaycan XİN: Fransanın bölgədə yürütdüyü məkrli siyasət heç bir nəticə verməyəcək

“Fransanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətinin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara …

Read More »

Qərbi Azərbaycan İcması Emmanuel Makrona cavab verib: Ermənidən çox ermənilik edir

Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa prezidenti Emmanuel Makronun bu haqda danışması ermənidən çox ermənilik etməkdir və gülüş doğurur. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd olunub ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir. “Yanlış və cığal addımlarına görə Azərbaycan-Ermənistan …

Read More »

Azərbaycan parlamentinin sədri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Milli Məclisin sədri Sahibə Qafarova Ermənistanı konstitusiyasını dəyişməyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, o, çağırışını fevralın 22-də Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı səsləndirib. S.Qafarova bildirib ki, Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır: “Ermənistanın üç ildən artıq davam edən hərbi və siyasi …

Read More »

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu göndərib

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Əlahəzrət, Əziz Qardaşım, 22 fevral – Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizə və Sizin simanızda qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Biz Azərbaycan …

Read More »

Rəsmi Bakı Makronun Azərbaycana qarşı səsləndirdiyi iddiaları pisləyib

21 fevral 2024-cü il tarixində Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Parisdə Ermənistan Baş naziri ilə birgə mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi və Ermənistanı birtərəfli qaydada müdafiə edən əsassız iddialarını qətiyyətlə pisləyirik. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Qeyd olunub ki, 30 ilə yaxın müddətdə hüquqları pozulmuş, ərazilərindən didərgin düşmüş, kütləvi qırğınlara məruz qalmış …

Read More »

Azərbaycanın və İndoneziyanın APA-dakı nümayəndə heyətləri arasında görüş keçirilib

Fevralın 21-də Azərbaycanın və İndoneziyanın Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətləri arasında görüş keçirilib. Boyukmillet.com  xəbər verir ki, Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edən İndoneziya nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib. O, Azərbaycanın APA-nın sədrliyinə namizədliyini dəstəklədiyinə görə İndoneziya tərəfinə təşəkkürünü ifadə edib. Əminə Ağazadə …

Read More »

Sahibə Qafarova Ərəb Parlamentinin sədri ilə görüşüb

Fevralın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinin hərtərəfli genişləndirilməsinə, o cümlədən Ərəb Dövlətləri Liqası ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyən spiker Sahibə Qafarova bu baxımdan Azərbaycan Respublikası Milli Məclisinin …

Read More »

“İctimai iştirakçılıq haqqında” Qanun qeyri-rəsmi formada dəyişdirilib? – Artıq İçtimai Şuralara seçim yox təyinat var?

Hörmətli həmkarlar, media nümayəndələri!Bir müddətdir ki, bəzi yoldaşlar mənə bildirir ki, bəs “İctimai iştirakçılıq haqqında” Qanun qeyri-rəsmi formada dəyişdirilib. Elə bilərsiniz gülmək üçün deyirəm, əksinə vəziyyət ağlamalıdır.Belə ki, qanunvericiliyə görə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi üçün İctimai Şuraların yaradılmasından istifadə edilir. Digər formalar o qədər də işlək deyil məsələn: ictimai dinləmələr və s.İctimai Şuralar da …

Read More »