Vətəndaşlardan daxil olan çoxsaylı sorğuları nəzərə alınaraq sabah, fevralın 18-i Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Qeyd edilib ki, valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq. “Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan bu …
Read More »MN: Hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilir
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Təlim toplanışı çərçivəsində hərbi vəzifəlilərə atıcı silahların, qumbaratanların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir. Bundan başqa, təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə …
Read More »Münxendə Azərbaycan və Ukrayna prezidentlərinin görüşü olub
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azərbaycan generalları komandoların sərt qış şəraitində hazırlığını izləyib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti komando hərbi hissələrindən birində olublar. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildeirilib ki, hərbi hissənin komandir-rəis heyəti ilə görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuz qarşısında qoyduğu …
Read More »İlham Əliyev: Azərbaycan bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir
Azərbaycan milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidenti İlham Əliyev fevralın 17-də Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri ilə görüşündə deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim …
Read More »Azərbaycan XİN Ermənistanı konstitusiyasında dəyişiklik etməyə çağırıb
Ermənistan konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialardan əl çəkməsi vacibdir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşündə bildirib. Görüşdə habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Read More »ABŞ Prezidentinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev fevralın 17-də Münxendə Con Kerri ilə görüşü zamanı onu COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib. Con Kerri isə COP29-da məmnuniyyətlə iştirak edəcəyini bildirib. Qeyd edək ki, COP29 …
Read More »Münxendə İlham Əliyevin Olaf Şoltsla görüşü başlayıb
Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə görüşü başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Ceyhun Bayramov O’Braynı Ermənistanın son hərbi təxribatı barədə məlumatlandırıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qarşı tərəfin müraciəti əsasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə Azərbaycan və Ermənistan arasında ikitərəfli əsasda normallaşma prosesinin perspektivləri müzakirə olunub: “Ceyhun Bayramov 5 ay sabitlik hökm …
Read More »Valeh Hacıyevin oğlu Kiprdə şirkət qurdu: alkoqollu içkilər satır
Diasporla iş Üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyev Kiprdə şirkət qurub. Boyukmillet.com xəbər verir ki, bu barədə AFN.az-a məlumatlı mənbə bildirib. Qeyd edilir ki, sədr müavininin Kiprdə qurduğu işə oğlu Orxan Hacıyev rəhbərlik edir. Belə ki, atanın dəstəyindən yararlanan oğulun rəhbərlik etdiyi “Qarabağlı” şirkəti alkoqollu içkilərin satışını həyata keçirir. Mənbənin bildirdiyinə görə, V.Hacıyev təmsil olunduğu vəzifənin yaratdığı üstünlükdən istifadə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar