Fevralın 16-da Xankəndi şəhəri ərazisində 7 silah aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, ötən gün 2 ədəd avtomat silahı, 4 tüfəng, 1 tapança, 1 qumbaraatan, 9 ədəd qumbara, 19 qumbara alışdırıcısı, 11 ədəd patron darağı, 846 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Read More »Böyük Britaniyanın enerji təhlükəsizliyi naziri Azərbaycana səfər edəcək
Böyük Britaniyanın enerji təhlükəsizliyi və emissiyaların sıfır səviyyəsinə nail olunması strategiyası məsələləri üzrə naziri Qrem Stüart gələn həftə Azərbaycana səfər edəcək. Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində o, Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcək. Q.Stüart fevralın 22-də ADA Universitetində mühazirə deyəcək, bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Böyük Britaniyanın …
Read More »Bakıda COP26-nın prezidenti ilə COP29-a hazırlıq məsələləri müzakirə edilib
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı sessiyasının (COP26) Prezidenti Ser Alok Şarma Ekologiya və Təbii Sərvətlər Nazirliyində olub. Boyukmillet.com xəbər verir ki, bu barədə COP29-un Təşkilat Komitəsinin üzvü, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai “X” hesabında paylaşım edib. Bildirilib ki, görüş zamanı tərəflər COP29-a hazırlıq məsələlərini müzakirə edilib. Qeyd edək ki, COP26 Şotlandiyanın Qlazqo …
Read More »Şirvanda saxlanılan narkokuryerdən 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa narkokuryerlik edən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Abşeron rayon sakini, əvvəllər də narkotiklərə görə cinayət məsuliyyətinə cəlb edilmiş Amil Şərifov şəhər ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı əlində olan sellofan torbadan çəkisi 2 kiloqramdan artıq olan …
Read More »Pentaqon Rusiyanın Ukraynadakı əməliyyatlara 211 milyard dollar xərclədiyini açıqlayıb
Rusiya, ehtimal ki, Ukraynadakı əməliyyatlar üçün qoşunların təchiz edilməsi, yerləşdirilməsi və saxlanması üçün 211 milyard dollara qədər (19,5 trilyon rubl) xərcləyib. Boyukmillet.con xəbər verir ki, bu barədə “Reuters” agentliyi adını açıqlamadığı Pentaqon rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, Moskva münaqişə nəticəsində 1,3 trilyon dollar (120 trilyon rubl) itirəcək. Kiyevə yardımın göstərilməsinin zəruriliyi ilə bağlı Konqresdəki müzakirələrdə danışan şəxs bildirib: …
Read More »Qaradağlı faciəsindən 32 il ötür
Bu gün Qaradağlı faciəsinin ildönümüdür. Boyukmillet.com xatırladır ki, faciədən 32 il ötür. Xocavənd rayonunun Qaradağlı kəndi erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparıb. Kənd 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, erməni işğalçıları dinc əhaliyə qarşı soyqırımı həyata keçirib. 32 il əvvəl burada törədilən qətliam, kənd sakinlərinə verilən işgəncələr 200 ilə yaxın müddətdə erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi …
Read More »Ramil Tağıyev : “Azərbaycan xalqı öz müstəqilliyinə və daha parlaq gələcəyinə səs verdi!”
“Bu gün Azərbaycan sözün tam mənasında müstəqil, güclü və sürətlə inkişaf edən bir ölkədir. 2020-ci ildə 30 il davam edən işğala birdəfəlik son qoyduqdan sonra, Azərbaycanın tezliklə özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa edəcəyi də artıq heç kimdə şübhə doğurmurdu. Bu, xalqımızın səbirsizliklə və həyəcanla gözlədiyi hadisə idi və ötən il bu gözləntilər də reallığa çevrildi. Azərbaycan xalqı bu …
Read More »Prezident: ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin ləğv edilməsi vacibdir
Azərbaycan Prezidenti İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan bu strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib. Boyukmillet.com-un xəbərinə görə, bu sözləri dövlət başçısı fevralın 16-da Münxendə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, …
Read More »İlham Əliyevin Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri ilə görüşü olub
Fevralın 16-da Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə Almaniya Bundestaqının Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadefulun görüşü olub. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub. Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak …
Read More »Azərbaycan Prezidenti Türkiyənin xarici işlər naziri ilə görüşüb
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın görüşü olub. Boyukmillet.com xəbər verir ki, Hakan Fidan dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik etdi. Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi. Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulandı, əməkdaşlığın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar