Milli Məclisin sabahkı plenar iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, fevralın 16-da keçirilməsi nəzərdə tutulan iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş). 2. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul …
Read More »Azərbaycan XİN: Nikol Paşinyan bölgədə qəsdən gərginlik yaratmaq istəyir
Ermənistanın baş naziri Nikol Paşinyanın fevralın 15-də hökumətin iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın fikirləri ilə bağlı şərhində bildirilib. “İlk növbədə qeyd edək ki, hərbi qulluqçumuzun yaralanmasına cavab olaraq ölkəmizin həyata keçirdiyi tədbirlərin təcavüz kimi qiymətləndirilməsi faktların saxtalaşdırılmasıdır. 12 fevral tarixində Ermənistan tərəfinin …
Read More »Mərakeşin Kralı İlham Əliyevi təbrik edib
Mərakeşin Kralı VI Məhəmməd Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Boyukmillet.com-un məlumatına görə, təbrikdə deyilir: “Zati-aliləri, əziz Qardaşım. Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ölkənizi daha da inkişafa və firavanlığa doğru aparan fəaliyyətinizdə davamlı uğurlar arzulamaqdan böyük məmnunluq duyuram. Mən ölkələrimiz arasında dostluğa söykənən və davamlı inkişaf edən əlaqələrdən çox məmnunam. Odur ki, iki qardaş ölkəmizin …
Read More »Türkiyə və Gürcüstan XİN başçıları Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Ankarada gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə Cənubi Qafqazdakı son durumu müzakirə edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirlərin görüşündən sonra keçirdikləri mətbuat konfransında H.Fidan deyib. “Regionda ən yaxın gələcəkdə sabitliyin bərpası, konstruktiv mühitin təmin olunması barədə arzumuzu, mövqeyimizi ifadə etdik”, – o söyləyib.
Read More »Baş nazir: Britaniya COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstək verəcək
Böyük Britaniya COP29-un uğurla keçirilməsi üçün Azərbaycana dəstək verəcək. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb. O bildirib ki, ötən 30 ildən artıq müddətdə iki ölkə arasındakı münasibətlər daha da güclənib: “Təkcə son 12 ay ərzində biz Ukraynaya dəstək vermək üçün …
Read More »Türkiyə Prezidenti Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, o, bu barədə Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Qəzzada qan axması hələ də dayanmayıb: “İsrailin hücumları davam edir. Sülh çağırışları ABŞ-nin mənfi təsirləri nəticəsində nəticəsiz qaldı. ABŞ bəzi rəsmilərini bu işi həll etmək üçün regiona göndərdiyini deyir, …
Read More »Ərdoğan İraqın şimalındakı yerli hakimiyyətə xəbərdarlıq edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında yerləşən Kürdüstan Regionunun rəhbərliyinə PKK terror qruplaşması və onun qollarına dəstəklə bağlı xəbərdarlıq edib. Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, dövlət başçısı həmin ərazidə terror qruplaşmalarının yeni təşkilatlanma hallarının müşahidə edildiyini bildirib. Misirdən rəsmi səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan söyləyib ki, İraqın şimalındakı yerli hakimiyyətə əvvəllər də dəfələrlə xəbərdarlıq ediblər: …
Read More »Ermənistan ordunu Rusiyanın təsirindən uzaqlaşdırmağa və NATO kadrlarını cəlb etməyə çalışır
Ermənistan silahlı qüvvələrinin sıralarında yeni kadr dəyişikliklərinin əsas məqsədi “Rusiya məktəbi” keçmiş və Moskvanın təsiri altında olan kadrlardan xilas olmaqdır. Boyukmillet.com xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Bildirilib ki, Ermənistan hakimiyyəti kadr dəyişikliyinin uzun müddət əvvəl planlaşdırıb: “Amma İrəvan fevralın 12-də Azərbaycan-Ermənistan şərti sərhədində baş verən gərginlikdən istifadə edərək ictimaiyyətin diqqətini kadr dəyişikliklərinin əsas mahiyyətindən yayındırıb”. “Lakin reallıqda …
Read More »Mehriban Əliyeva akademik Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, Birinci vitse-prezidentin sosial şəbəkə hesablarında paylaşdığı təbrikində deyilir: “Gözəl ata, qayğıkeş baba, nurlu, mehriban İnsan! 90 illik yubileyin mübarək! Sənə möhkəm cansağlığı və gözəl əhvali-ruhiyyə arzulayıram! Uca Tanrı səni bütün qada-balalardan hifz etsin! Səni çox sevirik! Ömrün …
Read More »Əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi müddəti uzadılıb
Əlillərin və şəhid ailələrinin icbari şəxsi sığorta vəsaiti hesabına sosial müdafiəsinin maliyyələşdirilməsi müddəti uzadılıb. Boyukmillet.com-un xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Sərəncamda etdiyi dəyişiklikdə öz əksini tapıb. Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar