Bakının Yasamal rayonunda partlayış baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb. Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Partlayışda xəsarət alan bir nəfər isə xəstəxanaya yerləşdirilib. …
Read More »Rusiya MSK-nın iki nümayəndəsi Azərbaycandakı seçkiləri müşahidə edəcək
Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyanın üzvü Anton Lopatin Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Azərbaycanda keçirilən prezident seçkilərində 88 ölkədən ekspertlər də daxil olmaqla 85 mindən çox müşahidəçi akkreditasiyadan keçib. Xatırladaq ki, fevralın 7-də …
Read More »Azərbaycan XİN Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib. “Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu böyükmiqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”, – paylaşımda deyilir. Qeyd edək ki, Çilinin Valparaiso regionunda baş verən meşə …
Read More »Serbiyanın AŞPA-dakı nümayəndə heyəti Azərbaycanla bağlı qəbul edilən qətnaməyə etirazını bildirib
Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb. Boyukmillet.com müraciəti təqdim edir: “Zati-aliləri, Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə ilə bağlı, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması barədə qətnamənin qəbul edilməsi …
Read More »Azərbaycan XİN Türkiyədəki zəlzələnin birinci ildönümü ilə bağlı başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədəki zəlzələnin birinci ildönümü ilə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in “X” səhifəsində paylaşım edilib. “Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. “Bir millət, iki dövlət” kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim …
Read More »Xəzər rayonunda narkotiklə bağlı 48 nəfər saxlanılıb
Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayında keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 35 fakt üzrə 48 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, həmin şəxslərdən 4 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri əsasən sosial şəbəkələrdə tanımadıqları …
Read More »Xocalıda artilleriya mərmiləri aşkarlanıb
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Xocalı rayonunda artilleriya mərmiləri aşkar edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş 8 ədəd 122 mm zirehdələn, 273 ədəd qəlpəli-fuqaslı və 285 ədəd 122 mm top mərmiləri arxalığı təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib”, – məlumatda qeyd edilib.
Read More »Azad olunmuş ərazilərdə daha 94 mina, 150 sursat aşkarlanıb, 336.5 ha ərazi təmizlənib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib. Qeyd edilib ki, azad olunan ərazilərdə 2024-cü il yanvarın 29-dan fevralın 4-nə qədər 16 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 150 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 336.5 hektar ərazi minalardan …
Read More »Rusiya hərbçiləri artilleriyadan atəş açıb, Ukraynanın Xerson vilayətində 4 sakin ölüb
Rusiya hərbçilərinin açdığı artilleriya atəşi nəticəsində Ukraynanın Xerson vilayətində 4 dinc sakin ölüb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Daxili İşlər Nazirliyi yayıb. Bildirilib ki, Rusiya hərbçilərinin açdığı atəş nəticəsində minik avtomobili yanıb. Yanğınsöndürənlər yanğını söndürən zaman maşının salonunda 2 nəfərin meyitini aşkarlayıblar. Artilleriya atəşi nəticəsində küçədə 66 yaşlı qadın da ölüb. Nazirlik ümumilikdə 4 dinc sakinin öldüyünü bildirib. Məlumata görə, …
Read More »İlham Əliyev Türkiyədəki güclü zəlzələnin ildönümü ilə bağlı Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, 2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. Bu faciə nəticəsində həlak olmuş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onlara uca Allahdan rəhmət, doğmalarına və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar