Fransa prezidenti Emmanuel Makron ölkəni Rusiya ilə nüvə müharibəsinə təhrik edir. Boyukmillet.com-un məlumatına görə, bunu Fransanın məşhur “Vətənpərvərlər” hərəkatının lideri Florian Filippo “X” sosial şəbəkəsində bildirib. “Fransa özünün nüvə ehtiva potensialını Avropa Birliyinin sərəncamına verməkdən məsuliyyət daşıyır” deyən Makron İsveçdə bunu bəyan etməyə cəsarət etdi! Bu xəyanətdir”, – siyasətçi sosial şəbəkədə yazıb. Siyasətçinin sözlərinə görə, Fransa prezidentinin sözləri ölkənin hərbi …
Read More »Azərbaycan nefti 4 dollardan çox ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,2 ABŞ dolları, yaxud 4,85 % azalaraq 82,3 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,70 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …
Read More »Beynəlxalq axtarışda olan şəxs Macarıstandan Azərbaycana ekstradisiya edilib
Fevralın 3-də daha bir nəfər beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Belə ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilmiş Əli Hüseynovun yeri Macarıstan Respublikasında müəyyən olunub və o, həbs edilib. Həmin şəxsin ekstradisiyası ilə …
Read More »Bayden: ABŞ Yaxın Şərqdə hərbi əməliyyatlara başlayıb
ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərqdə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və onlarla əlaqəli silahlılara qarşı hərbi əməliyyata başladığını elan edib. Boyukmillet.com-un məlumatına görə, bu barədə Ağ Evin saytında dərc olunan məlumatda deyilir. “Bu gün günortadan sonra, mənim göstərişimlə ABŞ qüvvələri İraq və Suriyada Sepah və onunla əlaqəli silahlıların ABŞ qüvvələrinə hücum üçün istifadə etdiyi hədəflərə zərbələr endiriblər. Cavabımız bu …
Read More »Bərdədə silah-sursat və narkotik vasitələr aşkarlanaraq götürülüb
Bərdə rayonunda polis əməkdaşları tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov AK-74” markalı avtomat, həmin silaha məxsus daraq …
Read More »Türkiyənin “Haber Global” telekanalında Fransanın Qafqazda dağıdıcı siyasəti müzakirə olunub
Türkiyənin “Haber Global” telekanalında Fransanın regionda dağıdıcı siyasət həyata keçirmək planı, eləcə də Ermənistanı silahlandırma siyasəti müzakirə olunub. Boyukmillet.com xəbər verir ki, müzakirələrdə Prezident İlham Əliyevin fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən səsləndirdiyi fikirlərdən sitat gətirilib. Bildirilib ki, 30 il ərzində ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi heç bir həllə nail ola bilməyən Fransa bu dəfə …
Read More »ABŞ-nin Suriyanın şərqindəki bazası raket atəşinə tutulub, yanğın başlayıb
ABŞ-nin Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətindəki “Koniko” qaz yatağındakı bazası raket atəşinə tutulub. Bu barədə Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir. “Deyr əz-Zorda “Koniko” qaz yatağındakı Amerika bazası dörd raketlə vurulub və yanğın başlayıb”, – mənbə bildirib. Hücum zamanı insan tələfatının olub-olmadığı açıqlanmır. Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Cozef Baydenin göstərişi ilə İraq və Suriyadakı hədəflərə hücumlar həyata keçirilib.
Read More »Çexiya Brüsseldən Cənubi Koreya, CAR və Türkiyədən Ukrayna üçün mərmi almağı tələb edir
Aİ-nin Ukraynaya 1-cü ilin martından 2023-cü ilin martına qədər 2024 milyon mərmi göndərəcəyi vədinin uğursuzluğundan narazı olan Çexiya Brüsseldən bütün dünyadan, xüsusən Cənubi Koreya, Cənubi Afrika Respublikası və Türkiyədən Kiyev üçün mərmi almağa başlamağı tələb etdi ki, bu da Brüsselin Avropa hərbi sənayesini maliyyələşdirmək üçün mərmi alışından istifadə etmək niyyətinə ziddir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat …
Read More »Bayden: İraq və Suriyadakı hədəflərə zərbələr mənim əmrimlə endirilib
ABŞ İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) ilə əlaqəli hədəfləri bombalayıb. Bu barədə ABŞ Prezidenti Cozef Baydenin yazılı bəyanatında deyilir. Sənəddə deyilir: “Bu gün (2 fevral-red) günortadan sonra Birləşmiş Ştatların Silahlı Qüvvələri mənim əmrimlə Suriya və İraqda Sepah və onunla əlaqəli silahlı qrupun Amerika qüvvələrinə hücum etmək üçün istifadə etdiyi hədəflərə zərbələr endirib. Bayden həmçinin qeyd edib …
Read More »ABŞ İraq ərazisini bombardman etməyə başlayıb
ABŞ İraq ərazisinə hava zərbələri endirməyə başlayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Bundan əvvəl o, Suriyanın şərqində, İraq sərhədi yaxınlığında iranyönlü qoşunların mövqelərinin kütləvi bombardmanlara məruz qalması barədə məlumat verilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar