Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 305 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ilin yanvar ayının icmalına dair məlumatında bildirilir. Ölkədən çıxışı qadağan olunan 374 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.
Read More »Bakıda narkotacir və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib
Bakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Əməliyyatlar zamanı 1992-ci il təvəllüdlü Bahadur Vəliyevdən 2 kiloqram marixuana götürülüb. Tədbirlərin davamı olaraq ona narkotik vasitəni satan Xırdalan şəhər sakini 1990-cı il təvəllüdlü Nurlan Tağıyev …
Read More »Ceyhun Bayramov Parlamentlərarası İttifaqın baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Boyukmillet.com xəbər verir ki, XİN-dən verilən məlumatda qeyd olunub ki, görüşdə Azərbaycan və Parlamentlərarası İttifaq arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri, habelə regiondakı cari vəziyyət müzakirə edilib. Nazir Ceyhun Bayramov müxtəlif ölkələrin parlamentləri arasında şəbəkələşmə, fikir mübadiləsi və təmasların qurulmasına töhfə verməsi baxımından …
Read More »Bir qrup gəncə 2024‑cü il Gənclər üçün Prezident mükafatları verilib – SİYAHI
Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2024‑cü il Gənclər üçün Prezident mükafatları verilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla mükafatlar aşağıdakı şəxslərə verilib. Abdullayeva Gülnar Rizvan qızı Ağamirova Rəvanə Seymur qızı …
Read More »İlham Əliyev: “Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökür”
Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib. Ermənistanın militarizasiya siyasətini apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü …
Read More »Çexiya parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Marketa Pekarova Adamovanı Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev, Çexiyanın ölkəmizdəki səfiri Milan Sedlaçek və digər rəsmi şəxslər qarşılayıblar.
Read More »Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib. Prezident Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan …
Read More »İlham Əliyev: “Azərbaycan-Ermənistan sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür”
Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib. Minsk qrupu 28 …
Read More »Azərbaycan lideri Ermənistan qarşısında yeni şərt irəli sürüb
Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, …
Read More »Böyük Britaniyanın XİN rəsmisi Azərbaycanda səfərdədir
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Kris Allan (Chris Allan) Bakıya gəlib. Boyukmillet.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld “X”da yazıb. “XİN nümayəndəsi Kris Allanı ilk dəfə Bakıda qarşılamaqdan çox məmnunam. Biz ikitərəfli əlaqələri gücləndirmək üçün hökumət rəsmiləri ilə səmərəli müzakirələr apardıq. Əməkdaşlıq imkanlarını araşdırmaq üçün beyin mərkəzləri ilə şam yeməyi günümüzün yaxşı sonluğu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar