Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında ikitərəfli ticarət, o cümlədən Ermənistandan Azərbaycana ixracın da başlaya biləcəyi realdır. Bu barədə Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə məlumat verib. O bildirib ki, hazırda Azərbaycandan Ermənistana idxal həyata keçirilir və bu, ticarətin bir istiqamətidir, lakin o ümid edir ki, yaxın gələcəkdə Ermənistandan Azərbaycana da ixrac fəaliyyətləri …
Read More »İŞİD-ə qarşı BÖYÜK ƏMƏLİYYAT – 7 türk polisi yaralandı
Türkiyənin Yalova şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən polis əməliyyatı zamanı silahlı insident baş verib. Şübhəlilərin polis əməkdaşlarına atəş açmasından sonra yaranan atışmada 7 polis əməkdaşı yaralanıb. Boyukmillet.com xəbər verir ki, Yalova Valiliyinin yaydığı rəsmi açıqlamaya görə, Yalova Polis İdarəsinin məsuliyyət ərazisində İŞİD-ə qarşı əvvəlcədən planlaşdırılmış əməliyyat icra olunarkən silahlı müqavimət göstərilib. Hadisə nəticəsində yaralanan 7 polis əməkdaşı dərhal xəstəxanaya çatdırılıb. …
Read More »Bayram günləri ilə bağlı VACİB MƏLUMAT: Qrafik AÇIQLANDI
31 dekabr 2025 – 4 yanvar 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və Azərpoçt MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı …
Read More »Türkiyədə bir həftədə 354,5 kq narkotik maddə aşkarlanıb, 768 nəfər saxlanılıb
Türkiyədə 1 həftə ərzində keçirilən əməliyyatlar nəticəsində 354,5 kq narkotik maddə, 647 min 798 narkotik həb ələ keçirilib və 768 şübhəli saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında bildirib. Onun sözlərinə görə, əməliyyatlar Qazientep, Ankara, Konya, Mersin, Adana, İzmir, Samsun, Bursa, İstanbul, Kayseri, Antalya, Rize, Muğla, Tekirdağ, Çanakkale, Kocaeli, Şanlıurfa, Kahramanmaraş, Manisa, …
Read More »Sabah Bakıda hava buludlu olacaq, dağlıq ərazilərə qar yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. …
Read More »Ölkəyə külli miqdarda siqareti qanunsuz gətirmək istədilər
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda – 1 milyon 180 min ədəd siqaretin Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən realizə edilməsinin qarşısı alınıb. Bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1 yük və 1 minik nəqliyyat vasitəsindən Azərbaycana …
Read More »Sensasiya: İrəvan Bakıya məhsul satmağa hazırlaşır – Ermənistan Azərbaycana ixracı elan etdi
Ermənistanla Azərbaycan arasında ticarət münasibətlərində gözlənilməz canlanma ehtimalı ortaya çıxıb. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan yaxın vaxtlarda Ermənistan məhsullarının Azərbaycan bazarına ixracının mümkün olduğunu açıqlayıb. Boyukmillet.com xəbər verir ki, Papoyan bildirib ki, gələcəkdə təkcə Azərbaycandan Ermənistana idxal yox, eyni zamanda Ermənistandan Azərbaycana ixrac da baş verə bilər. Onun sözlərinə görə, bu variant hazırda real görünür və prosesin reallaşması üçün texniki …
Read More »Bu ölkənin vətəndaşları üçün viza tələbləri sərtləşdirildi
Böyük Britaniya Kinşasanın qeyri-qanuni miqrantların və məhkum olunmuş cinayətkarların geri qaytarılması məsələsində kifayət qədər əməkdaşlıq göstərməməsi fonunda Konqo Demokratik Respublikasının (KDR) vətəndaşları üçün vizaların alınması qaydasını sərtləşdirib. Boyukmillet.com -un “The Daily Telegraph” qəzetinə istinadən məlumatına görə, konqolu diplomatlar və siyasətçilər vizaların prioritet qaydada nəzərdən keçirilməsi imkanından, adi vətəndaşlar isə sürətləndirilmiş vizadan məhrum ediliblər. Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud …
Read More »Gürcüstan bu il Azərbaycandan aldığı təbii qazın dəyərini açıqlayıb
Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 202,3 milyon ABŞ dolları dəyərində təbii qaz alıb. Boyukmillet.com-un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 % azdır. Təkcə noyabrda isə Gürcüstan Azərbaycandan 31 milyon ABŞ dolları dəyərində “mavi yanacaq” alıb. Bu, bir il əvvələ nisbətən 14 % azdır. Bu ilin ilk 11 ayı ərzində Gürcüstan xarici ölkələrdən 364 milyon ABŞ dolları dəyərində təbii …
Read More »Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb – FAKTİKİ HAVA
Dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb. Bu barədə Boyukmillet.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 27-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub: “Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 9, Daşkəsəndə 6, Şahbuzda 4, Xaltanda 2, Şəkidə (Kişçay) 1 sm-dir. Düşən yağıntının miqdarı Gədəbəydə 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Lənkəran, Biləsuvar, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar