Sabah Azərbaycanda qarlı hava müşahidə ediləcək. Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz …
Read More »XİN: “Fransa ilə münasibətlər ən aşağı nöqtədədir”
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransa ilə münasibətlərin ən aşağı nöqtədə olduğunu bildirib. Boyukmillet.com-un məlumatına görə, bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, Azərbaycan bu münasibətlərin böhran həddinə çatması üçün heç bir təşəbbüs göstərməyib, mövcud durumun səbəbkarı Fransa olub. O qeyd edib ki, Azərbaycana qarşı sistemli qərəzin arxasında duran bir nömrəli ölkə məhz Fransadır: “Azərbaycan …
Read More »Qobuda hərbi sursat aşkarlanıb
Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursat aşkar edilib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı …
Read More »XİN rəhbərliyi Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı ölən Orxan Əsgərovun məzarını ziyarət edib
Xarici işlər naziri Ceyhun Bayramov ötən il Azərbaycanın İrandakı səfirliyinə edilən hücum zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun məzarını ziyarət edib. Boyukmillet.com xəbər verir ki, XİN rəhbərliyi və kollektivi O.Əsgərovun İkinci Şəhidlər xiyabanında yerləşən məzarının önünə gül dəstələri düzüblər. Qeyd edək ki, 2023-cü ilin yanvar ayının 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı …
Read More »Tərtərdə silah-sursat aşkar edilib
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silahların aşkar olunaraq yığılması istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 2 avtomat, 4 tüfəng, qumbaralar, avtomat daraqları və patronlar aşkar olunaraq götürülüb.
Read More »Xızı polisi silahlı şəxs və yarım kiloqrama yaxın narkotik aşkar edib
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Axundov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb. Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum edilmiş …
Read More »Polad Bülbüloğlu: “Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir”
“Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu “TASS”a müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib. “Bu gün biz Rusiyaya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi vasitəçilik səylərinə görə minnətdarıq və Moskva sülh danışıqları üçün platforma olmaqda davam edir”, – diplomatik missiyanın rəhbəri qeyd edib. Nümunə …
Read More »İranda Azərbaycan səfirliyində terror aktı törədən şəxsin ilk məhkəmə iclası bu gün keçiriləcək
İrandakı Azərbaycan səfirliyinə terror aktı təşkil edən şəxsin ilk məhkəmə iclası bu gün keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İrandakı səfirliyimizə hücumla bağlı yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, Səfirliyin təhlükəsizliyinə tam təminatın …
Read More »Yaxın üç ildə Qarabağa və Şərqi Zəngəzura 100 mindən çox insan qayıdacaq
“Yaxın üç ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 100 mindən çox insan qayıdacaq, məcburi köçkünlərin qaytarılması dövlət proqramı çərçivəsində həyata keçirilir”. Boyukmillet.com xəbər verir ki, bunu “TASS”a müsahibəsində Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu deyib. Onun sözlərinə görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı”nın icrası nəticəsində məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması həyata keçirilir. Belə ki, …
Read More »Azərbaycan XİN İrandakı səfirliyə hücumla bağlı bəyanat yayıb
Bu gün Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror hücumundan bir il ötür. Boyukmillet.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilib ki, terror hücumu nəticəsində Səfirliyin bir əməkdaşı həlak olmuş, digər iki əməldaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanıb. Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq, Səfirliyin əməkdaşlarının və ailə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar