Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Türkiyənin iki şirkəti Naxçıvanda rezident kimi qeydiyyata alınıb

Türkiyənin “Özgün İnşaat” və “İhlas Holding” şirkətləri Naxçıvan Muxtar Respublikasında rezident kimi qeydiyyata alınıb. Boyukmillet.com “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bunu Naxçıvanda jurnalistlərə müsahibəsində “Azərbaycan Françayzinq Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Camid Mövsümov bildirib. “Bu gün əsas məqsəd xarici investorlarla yerli sahibkarları birləşdirmək və Naxçıvana yeni investisiya imkanları yaratmaqdır. Bu gün Çin, Türkiyə və Azərbaycan yatırımçılarından ibarət …

Read More »

Cəbrayıl, Zəngilan və Qubadlıda 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kənd inşa olunacaq

2026-cı ilin sonunadək Cəbrayıl, Zəngilan və Qubadlıda 3 şəhər mərkəzinin, 5 qəsəbənin və 24 kəndin inşası nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru, Ekoloji məsələlər üzrə işçi qrupunun üzvü Növrəs Cəfərov işçi qrupun Zəngilanda keçirilən iclasında deyib. Onun sözlərinə görə, hazırda 4 kənddə şaquli planlama işləri …

Read More »

Xudafərin-Qubadlı-Laçın yoluna düşən qəbirlər və ziyarətgah köçürülüb

Xudafərin-Qubadlı-Laçın yolu layihələndirilən zaman bir sıra köçürülmələr olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə bildirilib. Qeyd olunub ki, yolun layihələndirilməsi zamanı bir neçə məzarlıq tikintinin altına düşüb. Aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müvafiq …

Read More »

Xocavənd, Ağdərə, Xankəndi və Qubadlıda avtomat meteoroloji stansiyalar quraşdırılacaq

Xocavənd, Ağdərə, Xankəndi və Qubadlı rayonlarının ərazisində avtomat meteoroloji stansiyalar quraşdırılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov Ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında deyib. Onun sözlərinə görə, avtomat hidroloji stansiyaların Qarqarçayın Xankəndi şəhərindən, Xaçınçayın Ağdərə rayonu, Zabuxçayın Laçın rayonundan keçən hissəsində, Tərtərçayda isə Suqovuşan və Sərsəng …

Read More »

Azərbaycanda adambaşına düşən orta illik nağdsız əməliyyat sayı 2 dəfə artırılacaq

Azərbaycanda ödəniş sektoru üzrə başlıca strateji hədəf olaraq adambaşına düşən orta illik nağdsız əməliyyat sayının cari 93-dən potensial olaraq 200-ə çatdırılması planlaşdırılır. Boyukmillet.com  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun bu gün təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı şərh edərkən bildirib. “Ödəniş sektorunda innovativ həllərin tətbiqi ilə yanaşı ödəniş xidmətlərinə əlçatanlığın …

Read More »

Azərbaycanda adambaşına düşən ümumi sığorta haqqı 195 manata çatdırılacaq

Azərbaycanda adambaşına düşən ümumi sığorta haqqının cari 121 manatdan potensial olaraq 195 manata çatdırılması planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun bu gün təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı şərh edərkən bildirib. “Strategiyada sürətli inkişaf mərhələsində olan sığorta sektoru üzrə vasitəçi və satış kanallarının (sığorta agentləri və brokerləri daxil olmaqla) genişləndirilməsi, …

Read More »

Xudafərin-Qubadlı-Laçın yolunun yarısı hazırdır

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda nəzərdə tutulan işlərin 50 %-i tamamlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə bildirilib. Qeyd olunub ki, yolun tikintisinə 2021-ci ildə başlanılıb və bu ilin sonuna kimi tamamlanması nəzərdə tutulur.

Read More »

İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörliyə təbrik məktubu göndərib. Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab General-Qubernator, Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan-Avstraliya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, …

Read More »

Ötən il 38 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib

2023-cü ildə 38 prokurorluq əməkdaşı barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Boyukmillet.com-un məlumatına görə, bunu baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib. Baş prokuror bildirib ki, 2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfər vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib. Həmçinin, bildirilib ki, …

Read More »

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçilərinin əməkhaqları artırılıb

“Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturunun,işçilərinin say həddinin təsdiq edilməsi və əməyin ödənişi fondunun müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin işçilərinin əməkhaqlarının məbləği artırılıb. Belə ki, aylıq əməyinin ödənişi fondunun məbləği 10 080 manatdan …

Read More »