Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində odlu silah gəzdirən Şəki şəhər sakini, əvvəllər Rusiya Federasiyasında adam oğurluqları, eləcə də digər ağır cinayətlərə görə məhkum olunmuş 1984-cü il təvəllüdlü Ruslan Hacısəlimov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən …
Read More »Doğma yurduna qayıdan sakin: Ali baş komandanın güclü siyasəti nəticəsində Füzuliyə qayıdırıq
“Ali baş komandanın məhz güclü siyasəti nəticəsində bu gün biz doğma yurdumuz Füzuliyə qayıda bilirik”. Boyukmillet.com xəbər verir ki, bunu sabiq məcburi köçkün Züleyxa Məmmədova söyləyib. Gənc yaşından dolayı Füzulini xatırlamayan Z.Məmmədova Füzuli haqqında ancaq valideynlərinin dilindən eşidib: “Körpə olmuşam, rayonu tərk edərkən cəmi üç yaşım olub. Bu gün, inşallah, gözlərimlə Füzulini görəcəyəm”. Xatırladaq ki, bu gün Füzuli şəhərinə növbəti …
Read More »Faktiki hava: Xəzərdə dalğanın hündürlüyü 3,8 metrdir
Yanvarın 22-si saat 08:00-a olan vəziyyətə əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Hazırda küləyin sürəti arabir 25-30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrdir. Balakən, Quba, Qusar, Lənkəran, Lerik, Astara, Cəlilabad, Zaqatala, Şəki, Ağdam, Naftalan, Tərtərdə yağış, …
Read More »Astarada keçmiş məhkumda 10 kq narkotik vasitə və psixotrop maddə aşkarlanıb
Astarada keçmiş məhkumda 10 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş İman Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. …
Read More »Londonda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin təsisçisi və rəhbəri Əli Tekin Ataların təşəbbüsü ilə 20 Yanvar hadisələrinə həsr edilmiş anım tədbiri keçirilib. Bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyindən bildirilib. Tədbirin açılışında şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səsləndirilib. Əli Tekin Atalar Azərbaycanın müstəqilliyinə gedən yolda baş vermiş 20 Yanvar faciəsinin …
Read More »Daha 106 nəfər Füzuliyə qayıdır
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb. Boyukmillet.com xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə – 106 nəfər köçürülür. Onlardan 17 ailə (56 nəfər) Bakı şəhərindən, dörd ailə (18 nəfər) Abşeron rayonundan, dörd ailə (15 nəfər) Sumqayıt şəhərindən, dörd ailə (14 nəfər) Füzuli rayonundan olub, daha bir ailə isə (üç nəfər) Beyləqan rayonunda qeydiyyatda olub. Bakı və …
Read More »Azərbaycanın ABŞ-dəki səfirliyi 20 Yanvar faciəsi ilə bağlı sərgi keçirib
Azərbaycanın ABŞ-dəki səfirliyinin inzibati binası qarşısında 20 Yanvar faciəsi ilə əlaqədar sərgi keçirilib. Boyukmillet.com xəbər verir ki, sərgidə 1990-cı il 20 yanvar tarixində sovet ordusunun Bakıya qəfil hücumu zamanı yaşanmış dəhşətli yanvar gecəsində lentə alınmış fotoların yer aldığı plakatlar nümayiş etdirilib. Amerikan ictimaiyyətini məlumatlandırmaq məqsədilə sərgilənən plakatlarda faciə haqqında faktlar da təqdim olunub. Səfirlik binasının önündən keçən yerli sakinlər plakatlar …
Read More »Donetskdə bazar atəşə tutulub, 25 nəfər həlak olub
Ukrayna Silahlı Qüvvələrinin işğal altında olan Donetsk şəhərindəki “Merkuri” qapalı bazarını atəşə tutması nəticəsində 25 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının başçısı Denis Puşılin deyib. Onun sözlərinə görə, ən azı 20 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti orta ağırdır: “Bütün yaralılara lazımi tibbi yardım göstərilir. Onların arasında ağır yaralılar da var, bir çoxunun həyati orqanları …
Read More »Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən növbəti profilaktiki tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər. Bu istiqamətdə tədbirlər …
Read More »Sankt-Peterburq şəhərində 20 Yanvar şəhidləri anılıb
Rusiyanın Sankt-Peterburq şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. “Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Azərbaycanlıların Milli Mədəniyyət Muxtariyyəti” şəhər ictimai təşkilatı tərəfindən təşkil edilən tədbirdə öncə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub. Tədbirdə “Sankt-Peterburq və Leninqrad vilayəti …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar