Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,61 ABŞ dolları, yaxud 0,72 % artaraq 85,05 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 78,56 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti …
Read More »Bayden Yaxın Şərqdəki münaqişənin iki dövlət əsasında həllini mümkün hesab edir
ABŞ Prezidenti Cozef Bayden Baş nazir Binyamin Netanyahunun başçılıq etdiyi hazırkı İsrail rəhbərliyi altında Fələstin – İsrail münaqişəsinin iki dövlət əsasında həllinin mümkünlüyünü etiraf edib. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, o bu barədə Ağ evdə Amerikanın bir sıra şəhərlərinin merləri ilə danışdıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib. Amerika liderinə Netanyahu hakimiyyətdə olduğu müddətdə iki dövlət həllinə nail olmağın mümkünsüzlüyü ilə …
Read More »TÜRKSOY: Qara Yanvarı unutmayacağıq
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar sosial şəbəkədə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, Təşkilatın paylaşımında qeyd olunub: “20 Yanvar 1990-cı il Qara Yanvar şəhidlərimizi ehtiram və rəhmətlə yad edirik”. TÜRKSOY-un dərc etdiyi şəkildə isə həkk olunub: “20 Yanvar 1990-cı il. Qara Yanvarı unutmayacağıq”.
Read More »Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda qeyd olunub: “Şəhidlərimizi qürur və ehtiramla anırıq!” https://www.instagram.com/firstvicepresidentazerbaijan/?utm_source=ig_embed&ig_rid=ca4468f3-4c1a-4df2-ab76-17b8cfc679a8&ig_mid=3DA6D794-DF1E-4714-BD6D-BD4C9B28CAAB
Read More »“20 YANVAR XALQIMIZA QARŞI TÖRƏDİLMİŞ HƏRBİ CİNAYƏTDİR”
“1990-cı ildə Azərbaycan xalqına qarşı Sovet İttifaqı rəhbərliyi tərəfindən törədilmiş hərbi cinayətin 34-cı ildönümünü yaşayırıq. Sovet imperiyasına məxsus hərbi birləşmələr tərəfindən həmin il yanvarının 19-dan 20-nə keçən gecə şəhərə silahlı müdaxilə edərək dinc əhaliyə qarşı qanlı divan tutulub. Bu zaman 134 nəfər şəhid olub, 744 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sovet ordusunun qanlı cinayətlərinə boyun əyməyən xalqımız Azərbaycanın istiqlaliyyəti …
Read More »Qanlı 20 Yanvar faciəsindən 34 il ötür
Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Qanlı Yanvar hadisələrindən 34 il ötür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX …
Read More »Hikmət Hacıyev Türkiyə XİN başçısının müavini ilə görüşüb
Türkiyənin xarici işlər nazirinin müavini səfir Burak Akçapar Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb. Bildirilib ki, görüş zamanı Türkiyə və Azərbaycanın gündəliyində duran regional məsələlər üzrə hərtərəfli məsləhətləşmələr aparılıb.
Read More »TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
Türk Dövlətləri Parlament Assambleyası 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, qurumun sənədində qeyd olunub: “SSRİ rəhbərliyinin əmri ilə Bakıda və ətraf rayonlarda dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi yanvarın 19-dan 20-nə keçən ən qanlı gecədən 34 il ötür. Sovet qoşunlarının törətdiyi yanvar faciəsi nəticəsində 147 dinc sakin həlak olub, daha 744 nəfər, o cümlədən qadınlar, uşaqlar …
Read More »Azərbaycan XİN 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb. Boyukmillet.com xəbər verir ki, bəyanatda deyilir: “Bu gün keçmiş sovet hakimiyyəti tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və mülki əhalini hədəf alan misilsiz qətliamdan 34 il ötür. Keçmiş SSRİ-nin ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın ölkəmizə qarşı qanunsuz ərazi …
Read More »Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin IV toplantısı keçirilib
Yanvarın 19-da Türkiyənin İstanbul şəhərində Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin IV toplantısı keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) mətbuat xidməti məlumat yayıb. TDT-nin Baş katibi səfir Kubanıçbek Ömuraliyevin sədrliyi ilə keçirilmiş toplantıda TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Ər, TÜRKSOY-un Baş katibi Sultan Raev, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktoti Raimkulova …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar