Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Türkiyədə illik inflyasiya 64,77 %-ə çatıb

Türkiyədə illik inflyasiya göstəricisi rekordu yeniləyib. “Report” Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, dekabrda illik inflyasiya 64,77 % təşkil edib. Noyabr ayında bu göstərici 61,98 % səviyyəsində qeydə alınmışdı. Dekabr ayında aylıq inflyasiya 2,93 % təşkil edib.

Read More »

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: “Minalar və dağıntılar Qarabağda əvvəlki həyata qayıtmaq üçün əsas maneədir”

Azərbaycanın Qarabağ regionunda Ermənistanın işğalı illərində yerləşdirilən mina və törədilən dağıntılar keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramının tam şəkildə həyata keçirilməsinə maneə yaradır. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib. Onun sözlərinə görə, sözügedən dövlət proqramının icrasına başlamazdan əvvəl Qarabağdan qovulmuş sakinlər arasında sorğu keçirilib …

Read More »

Dənizdə batmaqda olan balıqçılar xilas edilib

Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “KƏ-245” bort nömrəli plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə …

Read More »

Əmirbəyov: “Bakı İrəvanla sülh sazişi üzrə danışıqların növbəti mərhələsinin keçirilməsinin tərəfdarıdır”

Bakı yaxın vaxtlarda Azərbaycan və Ermənistan rəsmiləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyinə ümid edir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib. Onun sözlərinə görə, kommunikasiyaların açılması Azərbaycan və Ermənistan arasında bütün sülh prosesinin tərkib hissəsidir: “Danışıqların əsas qayəsi sülh sazişi mətninin (Bakı ilə İrəvan …

Read More »

PKK-nın rəhbərlərindən biri İraqda zərərsizləşdirilib

Türkiyə kəşfiyyatı ölkə sərhədindən 200 km aralıda PKK-nın rəhbərlərindən birini zərərsizləşdirib. Boyukmillet.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, Berhudan Kelhor kod adlı İslam Cahanferi İraqın Süleymaniyyə şəhərinin Pencevin çölündə zərərsizləşdirilib. Qeyd olunub ki, PKK/KCK-PYD/YPG üzvlərinin məsuliyyətini üzərinə götürən və yaralı təşkilat üzvlərini müalicə edən Cehanferin İraq və Suriyada fəaliyyət göstərdiyi bildirilib.

Read More »

Tokayev yenidən prezidentliyə namizəd olmaq niyyəti ilə bağlı yayılan xəbərləri təkzib edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakimiyyətin prezident seçkilərində yenidən iştirak etmək üçün 2026-cı ildə Konstitusiyaya dair referendum keçirmək niyyəti ilə bağlı bəyanatları dezinformasiya adlandırıb. Boyukmillet.com “Kazinform”a istinadən xəbər verir ki, bunu Tokayev “Egemen Qazaqstan” qəzetinə müsahibəsində deyib. “Bu dezinformasiyadır. Əminəm ki, Konstitusiyaya, xüsusən də belə fundamental məsələ ilə bağlı özbaşına əlavələr edilməsi artıq mümkün deyil. Konstitusiya islahatı Əsas Qanuna özbaşına dəyişikliklərin …

Read More »

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanılıb

18 ölkənin, o cümlədən Azərbaycanın İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi 56 nəfər Türkiyədə saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat yayıb. O qeyd edib ki, ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə …

Read More »

Husilər Qırmızı dənizin cənubuna gəmi əleyhinə ballistik raketlər atıblar

Husilər Yəməndə nəzarət etdikləri ərazilərdən Qırmızı dənizin cənubuna gəmi əleyhinə iki ballistik raket atıblar. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində yazıb. “İranın dəstəklədiyi husilər Qırmızı dənizin cənubuna iki gəmi əleyhinə ballistik raket atıblar. Bölgədəki bir neçə ticarət gəmisi ballistik raketlərin yaxınlığa düşdüyünü bildirsə də, hər hansı ziyan barədə məlumat verməyib”, – paylaşımda qeyd …

Read More »

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,37 ABŞ dolları, yaxud 1,7 % azalaraq 80,19 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 75,94 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə …

Read More »

Ötən gün vətəndaşlardan götürülən silahın sayı açıqlanıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları yanvarın 2-də vətəndaşlardan qanunsuz saxlanılan 2 avtomat, 2 ov tüfəngi müsadirə ediblər. Boyukmillet.com xəbər verir ki, silahlar keçirilən əməliyyat tədbirləri nəticəsində götürülüb. Polis əməkdaşları bundan başqa 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edib. Həmçinin, ötən gün polis əməkdaşlarına respublikanın ayrı-ayrı rayonlarından 3 ədəd müxtəlif markalı tüfəng təhvil verilib.

Read More »