Bu gün Kürdəmir rayonunda dəhşətli hadisə baş verib. Rayonun mərkəzində 15 yaşlı Sərvət Nazim oğlunu cərəyan vurub. Belə ki, Kürdəmir şəhər 1 saylı orta məktəbin 9-cu sinif şagirdi olan Sərvət dəmiryolu xəttinin dirəyinə çıxıb. Bu zaman o, ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik xəttinə toxunub. Nəticədə yeniyetmə yanaraq həlak olub. Bildirilir ki, məktəbli dərsdən evə gedərkən dostları ilə dirəyə çıxmaqla bağlı mərcləşib və …
Read More »Fətullah Gülənin qardaşı oğlu saxlanıldı
“Silahlı terror təşkilatına üzvlük” ittihamı ilə axtarışda olan Yasir Gülen İstanbulda keçirilən əməliyyat nəticəsində tutulub. Türkiyə hüquq-mühafizə orqanlarının birgə keçirdiyi əməliyyat nəticəsində FETÖ lideri Fətullah Gülənin qardaşı oğlu Yasir Gülən İstanbulda saxlanılıb. İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi, Milli Kəşfiyyat Təşkilatı (MİT) və Kəşfiyyat Şöbəsi Müdirliyi ilə koordinasiyalı şəkildə FETÖ üzvlərinin tutulması üçün əməliyyat aparıb. Araşdırmalar nəticəsində məlum olub ki, …
Read More »Milli Məclis elektron siqaretlərin qadağası ilə bağlı layihəni ilk oxunuşda qəbul edib
Milli Məclis elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı, istifadəsini qadağan edən qanun layihəsini ilk oxunuşda qəbul edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Sənəddə qeyd edilib ki, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Belə ki, elektron …
Read More »Azərbaycan yanacağını daşıyan qatar Ermənistan-Gürcüstan sərhədini keçir
Hazırda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan dəmir yolu qatarı Ermənistan-Gürcüstan sərhədini keçir. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkə səhifəsində yazıb. “Bu dəqiqələrdə Ermənistan-Gürcüstan sərhədini (Ayrum stansiyası) Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə çatdırılan, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli “Aİ-95” markalı benzinlə yüklənmiş 22 sistern vaqon keçir. Bəlkə də bu, təkcə sülh qurulduqdan (iki ölkə arasında -red.) …
Read More »ABŞ Prezidenti 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb
ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün rekord məbləğdə – 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin açıqlamasında bildirilir. “Bu qanun Müharibə Departamentinə mənim “Güclə Sülh” siyasətimi həyata keçirməyə, vətəni daxili və xarici təhdidlərdən müdafiə etməyə və müdafiə sənayesi bazasını gücləndirməyə imkan verəcək”, – Prezident bəyanatında bildirib. Təxminən 3 min səhifəlik qanun …
Read More »Masazırın bəzi ərazilərində işıq olmayacaq
Bu gün Abşeron rayonunun Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq. Bu barədə Boyukmillet.com “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq yarımstansiyasının 10 kV-luq bölməsində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Zərifə Əliyeva, Rəşad Hüseynov, Yusif Səmədov küçələri, “Qurtuluş 93”, …
Read More »Paşinyan Qarabağa qayıdış mövzusunu bağladı: Ermənistanda məskunlaşın
“Siz Ermənistanda məskunlaşmalı və Ermənistan vətəndaşlığını almalısınız”. Boyukmillet.com erməni mediasına istinaədn xəbər verir ki, Ermənistan baş naziri Paşinyan Qarabağdan gedən ermənilərə bu sözlərlə müraciət edib. Nikol Paşinyan həmçinin yol verilmiş səhvlərdən dərs çıxarmağa və müvafiq nəticələr əldə etməyə çağırıb. “Öz missiyamı xalqı şəhidlik məntiqindən çıxarmaq hesab edirəm və bəli — bu gün biz buna çoxsaylı itkilər və məhrumiyyətlər bahasına gəlib çatmışıq”, …
Read More »ABŞ və Aİ Ukrayna üçün təhlükəsizlik zəmanətləri planı hazırlayıb
ABŞ və Ukraynanın Avropadakı müttəfiqləri Rusiya ilə mümkün sülh razılaşmasının icrasını təmin edəcək ciddi və etibarlı təhlükəsizlik zəmanətləri planı hazırlayıblar. Boyukmillet.com xəbər verir ki, “Bloomberg” agentliyi sənədlə tanış olan rəsmi mənbələrə istinadən yazır ki, plan müharibədən sonrakı dövrdə Ukraynanın təhlükəsizliyinin qorunmasına yönəlib. Məlumata görə, 800 min nəfərlik Ukrayna Silahlı Qüvvələri müttəfiqlərin dəstəyi ilə müharibədən sonra əsas çəkindirmə xətti rolunu oynayacaq. …
Read More »“Air Serbia” Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixini açıqlayıb
Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” 2026-cı il mayın 3-dən Belqrad və Bakı arasında birbaşa uçuşlara başlayacaq. Boyukmillet.com bu barədə aviaşirkətə istinadən xəbər verir. Məlumata görə, “Air Serbia” gələn il Azərbaycan paytaxtı da daxil olmaqla altı istiqamətə birbaşa uçuşlar həyata keçirəcək. Belə ki, aprelin 30-dan Santoriniyə (Yunanıstan), mayın 3-dən Bakıya, mayın 23-də Torontoya (Kanada), sentyabrın 30-da Sevilyaya (İspaniya), oktyabrın 27-də Tenerifeyə …
Read More »ABŞ bir sıra şirkət və şəxsləri Rusiyaya qarşı sanksiya siyahısından çıxarıb – ADLAR
ABŞ əvvəllər Rusiyaya, o cümlədən hərbi-sənaye kompleksinə sanksiya tətbiq edilmiş avadanlıqlar tədarük edən bir neçə şirkəti sanksiya siyahılarından çıxarıb. Boyukmillet.com xəbər verir ki, müvafiq qərar Maliyyə Nazirliyinin saytında yerləşdirilib. Siyahıdan çıxarılanlar arasında Kipr Veles International Limited və onun sahibi Dmitri Buqayenko da var. Bu şirkət Moskva investisiya firmasının törəmə müəssisəsidir, baxmayaraq ki, təşkilatın Rusiya hüquqi şəxsləri sanksiyalar altında qalır. Sanksiyalar siyahısından …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar