Bazar ertəsi , 6 Aprel 2026

autor

Ermənistan sərhəddə delimitasiya xəbərlərinə aydınlıq gətirdi

Ermənistan hakimiyyəti Azərbaycan–Ermənistan sərhədində delimitasiya işlərinin aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, Ermənistanın baş nazirinin müavini Mger Qriqoryanın ofisi KİV-də gedən xəbərləri şərh edərək açıqlayıb ki, iki ölkənin nümayəndələri Zod qızıl yatağı ərazisində yerləşən sərhəd sahəsində birgə baxış keçiriblər. Eyni zamanda ofis Azərbaycan və Ermənistan hərbçilərinin xəritələrlə bir neçə gündür sərhəddə delimitasiya işləri apardığına dair məlumatları …

Read More »

Zelenski iki od arasında: Trampın ultimatumları Kiyevi silkələdi  

“Ukrayna Prezidenti Volodimir Zelenski çətin seçim qarşısındadır. ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarından iki tələbi var. Birincisi, Zelenski qısa müddətdə müharibənin dayandırılmasıyla bağlı Vaşinqtonun planını qəbul etməlidir. İkincisi, Zelenski Ukraynada Prezident seçkisi keçirməlidir”. Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, beləliklə, Kiyev-Vaşinqton gərginliyi yenidən alovlanıb:“Hər iki tələbi yerinə yetirmək Zelenski üçün çətindir. Vaşinqtonun müharibənin dayandırılması …

Read More »

ABŞ İranı bombalamağa hazırlaşır- SENSASİYA

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonla razılığa gəlməyib raket proqramını davam etdirərsə, ABŞ bu ölkəyə yenidən zərbə endirməyə hazırdır. Boyukmillet.com xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərlə söhbətində deyib. Prezidentin sözlərinə görə, İran nüvə proqramını bərpa etməyə çalışa bilər, lakin bu proses uzun zaman tələb edəcək: “Əgər onlar bizimlə anlaşma əldə etmədən bu proqramı bərpa etmək istəsələr, …

Read More »

Azərbaycan neftinin SON DƏQİQƏ qiyməti

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,87 ABŞ dolları və ya 1,33% azalaraq 64,36 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,23 ABŞ dolları təşkil edib.

Read More »

Deputata xəbərdarlıq edildi

VHP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının növbəti iclası keçirilib: Rafael Hüseynova xəbərdarlıq edilib. Boyukmillet.com xəbər verir ki, partiyanın (VHP) Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti iclası keçirilib. MNTK üzvləri “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda Milli məclisdə keçirilmiş konfrans zamanı VHP-dən olan millət vəkili Rafael Hüseynovun partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsib, onun fikrini tamamlamasına imkan …

Read More »

Ermənilər Moskvada da Paşinyanı etirazla qarşıladılar

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 11-də Moskvada Ermənistanın Rusiyadakı səfirliyi qarşısında təşkil olunmuş mitinqlə qarşılanıb. Boyukmillet.com bu barədə erməni mediasına istinadən bildirir. Etirazçılar əllərində həbs olunmuş ruhanilərin fotoşəkilləri olan plakatlar tutublar. Aksiyaya din xadimləri də qoşulub. Onlar Rusiyada yaşayan erməniləri birləşməyə və bütün ermənilərin kilsəsi və katolikosunun yanında olmağa çağırıblar. Xatırladaq ki, ermənilər dünən Paşinyanın işgüzar səfərdə olduğu Berlində də …

Read More »

İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə onu təyin etdi

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub. Boyukmillet.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Süleyman Mikayılov əmr imzalayıb. Belə ki, yeni təyinat Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçi (mühəndis) vəzifəsi üzrə aparılıb və əmrə əsasən, bu posta Kamran Əliyev təyinat alıb. O, hazırda şöbədə çalışan yeganə əməkdaş olduğundan müdir vəzifəsinin müvəqqəti icraçısı müəyyən olunub. K.Əliyev bu vəzifədə ötən …

Read More »

Yanvarda əsgərliyə gedənlərə VACİB XƏBƏR

Qış aylarında əsgərliyə çağırışın müəyyən çətinliklər yarada biləcəyi barədə fikirlər zaman-zaman gündəmə gəlir. Maraqlıdır, qış çağırışı ilə bağlı geniş yayılan narahatlıqların əsası varmı? Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Vətəni qorumağın müəyyən mövsümü yoxdur. Ekspertin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində hərbi xidmət, fəsillərə uyğun şəkildə təşkil olunur: “Vətəni qorumağın fəsli …

Read More »

Dövlət Gömrük Komitəsinin iki əməkdaşı qaçaqmalçılığa görə saxlanıldı

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə saxlanılıb. Onlara 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların …

Read More »