Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Husilər koalisiyaya məxsus döyüş gəmilərinə hücum edəcəklər

Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatının nümayəndələri Qırmızı dənizdə gəmilərin mühafizəsi üçün yaradılmış beynəlxalq koalisiya ölkələrinin hərbi gəmilərinə hücum edəcək. Boyukmillet.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu “Ənsar Allah” siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi deyib. Hərəkatın sözçüsü İranın ərəbdilli “Al Alam” telekanalına müsahibəsində deyib: “Bizə qarşı çıxan istənilən ölkənin gəmiləri Qırmızı dənizdə hücuma məruz qalacaq”.

Read More »

Cevdet Yılmaz: “Qarabağın hər yerində Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir”

“Qarabağın hər yerində Azərbaycan bayrağının dalğalanması hamımız üçün qürurvericidir”. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda son illərdə ən böyük tarixi hadisə Qarabağın işğaldan azad edilməsidir. “Bu böyük zəfərə liderlik edən başda Ali Baş Komandan, Prezident İlham Əliyevə və əməyə keçən hər kəsə ürəkdən təşəkkür edirik. …

Read More »

Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşları açıqlanıb

Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 12 milyard ABŞ dollarına çatıb, Azərbaycan şirkətlərinin Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 19,5 milyard ABŞ dollarını ötüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib. O qeyd edib ki, bu göstəricilərin daha çox artmasına ümid edilir. “Azərbaycan və Türkiyə prezidentləri bizim üçün hədəf qoyub ki, …

Read More »

Türkiyənin vitse-prezidenti: “Biz istəyirik ki, daha çox iş adamı Azərbaycana gəlsin”

Azərbaycan və Türkiyə arasında münasibətlər çox dərindir. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən “İş Dünyasının Görüşü” adlı tədbirdə deyib. C.Yılmaz bildirib ki, bu, münasibətlərin dərin olmasının bariz nümunələrindən biri iki ölkə arasındakı siyasi səfərlərin sıxlığıdır: “Son 1 ay ərzində Azərbaycan və Türkiyə prezidentləri arasında 3 dəfə görüş olub. Sabah isə Türkiyənin ticarət naziri Azərbaycana səfər …

Read More »

Azərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələri İslam Dünyası İrs Siyahısına daxil edilib

Dekabrın 18-19-da Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks etdirən aşağıda qeyd olunan 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib: 1. Yallı (köçəri, tənzərə) Naxçıvanın ənənəvi qrup …

Read More »

Rəsmi Bakı: Prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl addımlar atılır

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyasının nümayəndələri Martina Barker-Çiqanikova və Qoran Petrov ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq məsələləri və bu istiqamətdə beynəlxalq öhdəliklər müzakirə olunub. E.Məmmədovun qarşıdan gələn seçkilərin azad, ədalətli …

Read More »

Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə regiondakı vəziyyəti müzakirə edib

Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.Xüsusi nümayəndə Mixayıl Şvıdkoy bu il qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Rusiyada keçirilən tədbirlər barədə …

Read More »

Prezidentin köməkçisi Britaniya Baş nazirinin müşaviri ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Böyük Britaniya Baş nazirninin milli təhlükəsizlik məslələri üzrə müşaviri Tim Barrou ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” hesabında paylaşım edib. “Azərbaycan və Böyük Britaniya arasında mükəmməl ikitərəfli münasibətlər, eləcə də genişspektrli regional məsələlər, Azərbaycan-Ermənistan münasibətlərində irəliləyiş və Azərbaycanın …

Read More »

Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin humanitar, mədəni və sosial məsələlər üzrə müavini, Baş katibin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tariq Əli Baxit ilə görüş keçirib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi və əlaqələrin perspektivləri, habelə İƏT-in Əfqanıstanda fəaliyyəti və bu istiqamətdə gələcək perspektivlər müzakirə olunub. …

Read More »

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailə köçürüləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailənin köçürülməsi üçün hazırlıq işlərinə başlanılıb. Boyukmillet.com  bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir. Məlumata görə, Komitənin Repatriasiya Departamenti Şuşa şəhərinin Malıbəyli kəndinə 50, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50, Kəlbəcər rayonuna isə 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görür. Hazırda onlar Bakı, Sumqayıt, Abşeron …

Read More »