Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikasının, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransın yekun Bəyannaməsi qəbul olunub. Boyukmillet.com xəbər verir ki, Qoşulmama Hərəkatının konfransda təmsil olunan üzv dövlətləri Bəyannamədə Hərəkatın perspektiv gündəliyi kimi insan hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsinə sadiqliklərini vurğulayıb, qadınların inkişafı …
Read More »Hikmət Hacıyev: Azərbaycan işğala məruz qaldığı dövrdə ABŞ Ermənistanın yanında olub
Azərbaycanın 30 il davam etmiş işğala məruz qaldığı dönəmdə ABŞ Ermənistanın yanında dayanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerin yazısına cavabında sosial şəbəkədə yazıb. “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalı zamanı bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə …
Read More »Bu gün Abşeronun bəzi yerlərində leysan olacaq, şimşək çaxacaq
Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yarlərində yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz əsasən yağmursuz. Şimal-qərb küləyi küləyi 12-15 m/s, gündüz cənub-şərq küləyi 8-13 m/s. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-15° isti olacaq.
Read More »Suriyadan 12 Azərbaycan vətəndaşı repatriasiya edilib
Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 8-i uşaq və 4-ü qadın olmaqla 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib və daha sonra Türkiyə Respublikası ərazisinə keçidi təşkil olunub. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət …
Read More »Ağdam, Kəlbəcər və Tərtərin nə qədər ərazisinin Ağdərəyə veriləcəyi məlum olub
Ağdam, Kəlbəcər və Tərtər rayonlarından ümumilikdə 1 660,83 kvadrat kilometr ərazi yenidən bərpa ediləcək Ağdərə rayonunun tərkibinə veriləcək. Boyukmillet.com xəbər verir ki, Milli Məclisə daxil olan Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, Kəlbəcər rayonunun ərazisindən 735,84, Tərtər rayonundan 851,25, Ağdam rayonundan isə 73,74 kvadrat kilometr Ağdərə rayonunun inzibati ərazisinə veriləcək. Qeyd edək ki, Ağdərə rayonunun …
Read More »İraq Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycan Respublikasına rəsmi səfəri noyabrın 21-də başa çatıb. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İraq Prezidenti Əbdüllətif Camal Rəşidi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər …
Read More »Azərbaycan XİN Ermənistana cavab verib
Ermənistanın Azərbaycanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə cavab verməsinin təqribən 2 ay yarım müddət çəkməsi prosesi ciddi şəkildə yubadıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etmək çağırışı ilə bağlı açıqlamasında bildirilib. Qeyd edilib ki, sülh danışıqlarındakı bu durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir. Azərbaycan sülh müqaviləsinin mümkün …
Read More »Ermənistan Azərbaycanın sülh sazişi üzrə təkliflərinə cavab verib
Erməni tərəfi Azərbaycana sülh sazişi üzrə özünün altıncı təkliflərini göndərib. Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.“Ermənistan əvvəl elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşmasına və sülh sazişinin imzalanmasına sadiqdir”, – nazirlikdən bildirilib.
Read More »Bosniyalı tarixçi Heydər Əliyev haqqında kitab yazıb
Heydər Əliyevin 100 illik yubileyi münasibətilə bosniyalı tarixçi Admir Lisitsa Ümummilli Lider haqqında kitab yazıb. Boyukmillet com-un xəbərinə görə, kitab Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin sifarişi əsasında hazırlanıb. Məlumata əsasən, əsər bu günlərdə Sarayevo nəşriyyatlarının birində nəfis şəkildə çap olunub. Səfirlik dekabrın 13-də universitet kitabxanasında dərcin təqdimat mərasimini keçirməyi planlaşdırır.
Read More »Azərbaycanla Özbəkistan arasında imzalanan sazişlər təsdiqlənib
Azərbaycanla Özbəkistan arasında imzalanan sazişlər təsdiqlənib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb. Fərmanla 2023-cü il avqustun 22-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında energetika sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında Saziş” təsdiq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar