Niderland müdafiə naziri Ruben Brekəlmans açıqlayıb ki, ölkə Ukrayna üçün PURL proqramı çərçivəsində 250 milyon avro məbləğində yeni hərbi paket ayırır. Boyukmillet.com xəbər verir ki, vəsait ABŞ-dan hava hücumundan müdafiə sistemləri, F-16 üçün sursat və digər hərbi təchizatların alınmasına yönəldiləcək. Bu qərar Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində Niderlandın davamlı dəstəyinin növbəti mərhələsi kimi qiymətləndirilir.
Read More »Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükurovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində qətimkan tədbirin seçilməsi ilə bağlı təqdimat və vəsatətə baxılıb. Məhkəmənin qərarı ilə Əli Kərimli barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) …
Read More »Azərbaycan gömrükçüləri 276 min manatlıq brend malların ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
Dövlət Gömük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən böyük həcmdə kommersiya təyinatlı malların şəxsi istifadə məqsədilə keçirilmə halı aşkarlanıb. Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, Ankara-Bakı aviareysilə gələn sərnişin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etməklə kommersiya həcmində olan qızıl-zinət əşyaları və geyimləri ölkə ərazisinə keçirməyə cəhd göstərib. Gömrük əməkdaşlarının risk əsaslı gömrük nəzarəti zamanı sərnişin gömrük yoxlamasına dəvət …
Read More »ATƏT Minsk qrupu rəsmən fəaliyyətini dayandırdı
ATƏT 30 noyabr saat 23:59-da Minsk prosesi ilə bağlı bütün strukturların fəaliyyətinin tam dayandırıldığını açıqlayıb.Boyukmillet.com xəbər verir ki, bu qərar Azərbaycan və Ermənistanın birgə müraciətindən sonra ATƏT-in Finlandiya sədrlik institutu tərəfindən hazırlanmış və Nazirlər Şurasının MC.DEC/1/25 saylı 1 sentyabr tarixli qərarı əsasında icra olunub. Təşkilatın bəyanatında bildirilir ki, Minsk prosesi və ona bağlı qurumların bağlanması ilə ATƏT çərçivəsində uzun illər mövcud olmuş …
Read More »Məmməd İbrahimliyə BU İTTİHAMLAR irəli sürüldü – RƏSMİ
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP funksioneri Məmməd İbrahimliyə artıq rəsmi ittiham elan olunub. Boyukmillet.com xəbər verir ki, ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi – “hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər” üzrə ittiham irəli sürülüb. Bu maddə dövlət çevrilişi cəhdi, hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşuna qarşı …
Read More »Prezidentin köməkçisi: Bakı vurulan AZAL təyyarəsi ilə bağlı Moskvadan suallarına cavab alıb
Azərbaycan Düşənbədə Rusiyadan 2024-cü ilin dekabrında AZAL aviaşirkətinin Qroznı üzərində vurulan təyyarəsi ilə bağlı suallarına cavab alıb. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today” və bir qrup jurnalistə müsahibəsində bildirib.
Read More »Manatın 2026-cı ildəki məzənnəsi ilə bağlı vacib XƏBƏR
Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlı monetar siyasəti, geniş valyuta ehtiyatları və idarə olunan üzən məzənnə rejimi manatın sabitliyini qorumaqda davam edəcək. Bu barədə “Fitch Group”a daxil olan “Fitch Solutions” (FS) şirkətinin Azərbaycanla bağlı hesabatında bildirilib. Hesabatda manatın ABŞ dollarına qarşı məzənnəsinin 2026-cı ildə 1,7 səviyyəsində qalacağı və yaxın dövrdə ciddi dəyişiklik gözlənilmədiyi vurğulanır. Qurum hesab edir ki, böyük xarici şoklar …
Read More »Əli Kərimli hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur
AXCP sədri Əli Kərimli ağır cinayətdə ittiham olunur. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb. Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, AXCP sədrinin ifadəsi alınıb və böyük ehtimalla o bugün təqsirləndirilən şəxs qismində cinayət …
Read More »Əmək pensiyalarının təyin edilməsi qaydasında dəyişiklik edilib
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Dəyişikliyə əsasən, əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə …
Read More »Avropa qlobal geosiyasi rolunu İTİRİR
Avropa ABŞ prezidentinin reaksiyasından qorxduğu üçün ona etiraz edə bilmir və bu səbəbdən qlobal geosiyasi oyunçu rolunu tamamilə itirmək riski ilə üzləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə İspaniyanın “El País” nəşri yazır. Qəzetin fikrincə, Avropa İttifaqı sözlərlə kifayətlənməkdən çıxaraq real addımlar atmağa çalışır. Qərb ölkələrə müdafiə xərclərini artırır, daxili bürokratik prosedurları sürətləndirməyə çalışır və yeni ticarət tərəfdaşları axtarır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar