Oktyabrın 13-də Qərbi Azərbaycan İcmasında İcmanın Nərimanov rayon nümayəndəliyinin ilk iclası keçirilib. İclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli İcmanın bu günə qədərki fəaliyyəti, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə çıxış edib. Bildirib ki, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin …
Read More »QHT- ləri bir- birinə düşmən etmək istəyənlər öz layiqli cəzalarını alacaqlar
Əgər bu sektor bu günə qoyuldusa, görün ölkədə nə qədər haqqı tapdanan var. Bəli, səsimizi yazırlar, montaj edirlər, digər QHT-lərə və yuxarı instansiyalara göndərirlər. Ən iyrənc oyun səfər qrantları ilə bağlıdır. Kimlər qrant almamışdı, çoxlarına səfər qrantı verilərək, indi haqqı deyən, neqativ hallara, oyunlara qarşı olanlara, yəni bizlərə qarşı qaldırırlar. Artıq cücərtiləri var. O qədər naşıdılar ki, sifariş verilən yazıya, …
Read More »Ersin Tatar: Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürurudur
Bu günlərdə Şimali Kiprdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyini qeyd etdik. Ulu Öndər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının qürurudur. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycanda rəsmi səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar oktyabrın 14-də keçirilən mətbuat konfransında söyləyib. Şimali Kiprin Prezidenti ölkəsinin müstəqilliyinin tanınması məsələsinə toxunub və bu istiqamətdə görülən işlərdən danışıb. …
Read More »Şimali Kiprli klub prezidenti İSBAM sədrini ofisində ziyarət edib
Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla birgə Azərbaycana gələn adıçəkilən ölkənin tanınmış iş adamlarından olan “Group Companies”in sahibi, Kiprin “Alsancaq Yeşilova” İdman Klubunun başqanı Redif Nurel və qurumun media direktoru Eray Yavuk İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) ofisini ziyarət ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Mia.az-a açıqlama verən İSBAM sədri Samir Adıgözəlli bildirib ki, ziyarətinə görə qardaş …
Read More »Şimali Kiprdə Azərbaycan evi açılacaq
Bu yaxınlarda Şimali Kiprin Girne şəhərində Azərbaycan evi açılacaq. Boyukmillet.com xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar oktyabrın 14-də Bakıda keçirdiyi mətbuat konfransında deyib. “Şimali Kiprdə Ümummili Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbirlər keçiriləcək. Dahi liderin həyat yolu və mübarizəsindən bəhs edən toplantılar təşkil olunacaq”, – o bildirib.
Read More »Ərsin Tatar İlham Əliyevi təbrik etdi
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar Azərbaycanın suverenliyini tam təmin etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Boyukmillet.com xəbər verir ki, o, təbrikini oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən çatdırıb. Ə.Tatar həmçinin Bakıda təşkil olunan Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçirilən tədbirlərdən məmnunluq ifadə edərək, yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Read More »İlham Əliyev Ərsin Tatarı qəbul etdi
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatarı qəbul edib. Boyukmillet.com xəbər verir ki, görüşdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib. Bu xüsusda, sərərəli platforma kimi Türk Dövlətləri Təşkilatının rolunu xüsusi qeyd edən Azərbaycan …
Read More »Rəsmi Bakıdan AŞPA-ya sərt reaksiya: Rədd edirik!
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 12 oktyabr 2023-cü il tarixli 2517 (2023) saylı qətnaməsini və 2260 (2023) saylı tövsiyəsini qətiyyətlə rədd edir və şiddətlə qınayırıq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, bu qurum Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığını göstərir. AŞPA Ermənistana məxsus separatçı rejim və ərazisindəki qeyri-qanuni erməni silahlı qüvvələri …
Read More »Bölgənin yeni xəritəsi: İsrail udacaq, İran 5 yerə bölünəcək, Fələstin… – Şok ssenari
Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik. – Gərginlik uzun illər vardı, ara-sıra toqquşmalar olurdu, bəs niyə İsrail-HƏMAS münaqişəsi indi partladı? Həm də bu miqyasda… – HƏMAS çox böyük səhvə yol verdi. Uzun müddətdir HƏMAS-ı hüquqi cəhətdən susdura bilmirdilər. İllərdir özlərini dünyaya “İsrail tərəfindən təqibə məruz qalan”, “dövlətləri əlindən alınan” sırımağa çalışırdılar. Özlərini “erməni statusu”nda görürdülər. Ermənilər …
Read More »Beynəlxalq Ədalət Məhkəməsindən Azərbaycana qarşı qərəz – VİDEO
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı işi üzrə dinləmələrdə iddia edilib ki, guya Azərbaycan Qarabağ ermənilərinə qarşı etnik təmizləmə həyata keçirib. Tələblər isə budur ki, ermənilərin öz evlərinə qayıtmaq haqqını, həmçinin təhlükəsiz yaşayışını təmin etmək üçün Azərbaycan hərbi qüvvələri Qarabağdan çıxarılmalı, üstəlik bölgədə daimi fəaliyyət göstərəcək beynəlxalq mexanizm yaradılmalıdır. Halbuki BMT Azərbaycan əraziləri işğala məruz qalanda qətiyyətsizlik göstərərək işğal …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar