Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb

Martın 13-də Rumıniyanın paytaxtı Buxarestə start götürəcək 23 yaşadək güləşçilər arasında Avropa çempionatına qatılacaq Azərbaycan millilərinin heyətləri bəlli olub.

Boyukmillet.com xəbər verir ki, yeddi gün davam edəcək turnirdə ölkə güləşin hər üç növündə təmsil olunacaq.

Yunan-Roma güləşçiləri yarışın ilk günlərində mübarizə aparacaq. Məşqçilər Həsən Əliyev, Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Rahim Həsənov (55 kq), Elmir Əliyev (60 kq), Ziya Babaşov (63 kq), Həsən Məmmədli (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), İsmayıl Rzayev (82 kq), Məhəmməd Əhmədiyev (87 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) uğur qazanmağa çalışacaq.

Yarışın ortalarında qadın güləşçilər qüvvələrini sınayacaqlar. Baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Həsrət Məmmədyarov ötən il analoji yarışa qatılmış heyətə yenidən şans verib. Bu dəfə də U-23 Avropa çempionatında komandanı Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) təmsil edəcək.

Çempionatın son günlərində xalçaya sərbəst güləşçilər çıxacaq. Məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında Nurəddin Novruzov (57 kq), Ayxan Abdullazadə (61 kq), Rəşid Babazadə (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Fərid Cabbarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Vaxit Qalayev (125 kq) mübarizə aparacaq.

Qeyd edək ki, bir həftə davam edəcək qitə birinciliyində I kateqoriyalı hakimlərdən Natiq Hacıyev və Elman İsmayılov ədaləti qoruyacaq

Check Also

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib. “Report” xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun …