Aprelin 17-dən 23-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib.
Boyukmillet.com xəbər verir ki, yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar.
Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) uğur qazanmağa çalışacaqlar.
Aprelin 19-21-də qadın güləşçilər xalça üzərinə çıxacaqlar. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Elis Manolova (65 kq) və Nigar Mirzəzadə (68 kq) çıxış edəcəklər.
Çempionatın son günlərində yunan-Roma güləşçiləri yarışacaqlar. Baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) qitə birinciliyi uğrunda mübarizə aparacaqlar.
Azərbaycan Güləş Federasiyasının rəhbər şəxsləri bu gün Avropa çempionatında çıxış edəcək güləşçilərlə görüş keçirərək, onlara uğurlar arzulayıblar.
Qeyd edək ki, qitə birinciliyində I-S kateqoriyalı hakimlər Asif Şirəliyev, Sədi Quliyev və İntiqam Alıyev ədaləti qoruyacaqlar.