Bazar , 7 Dekabr 2025
Drone Cameras

Avropa Gəncləri Qış Olimpiya Festivalı: Azərbaycan idmançısı qısa proqramda 10-cu olub

Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalında ilk çıxışını edib.

Boyukmillet.com xəbər verir ki, o, qısa proqramda hakimlərdən 45.27 xal alıb. Yığmanın ən gənc atleti 30 ölkənin iştirakçısı arasında 10-cu yeri tutub.

Səbinə Əliyevanın növbəti çıxışı yanvarın 27-də baş tutacaq. İdmançı sərbəst proqramda yüksək nəticə uğrunda mübarizə aparacaq.

Check Also

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi vəfat edib

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Qüdrət İsmayılov vəfat edib. Bu barədə  Azərbaycan Şahmat Federasiyasının mətbuat …