Bu gün Avropa.info xəbər portalının 5 yaşı tamam olur.
Düz beş il bundan əvvəl – 2012-ci ilin iyunun 7-də qızmar bir yay havasında isti xəbərlərlə gəldik oxucuların görüşünə.
Bu beş işdə oxucular bizi daha yaxşı tanıdı, biz də oxucularımızla doğmalaşdıq. Nə etdiksə, oxucuların maraqlarına, zövqlərinə uyğun etmək istədik. Nəyi bacardıq, nədə əskiklərimiz qaldısa, bunu da ən yaxşı bilən dəyərli oxucularımızdı.
Avropa.info bu beş illik kiçik zaman kəsiyində heç bir xəbərdən geridə qalmaq istəməyib. İstəmədik ki, oxucularımız bir əhəmiyyətli xəbəri başqa yerdə görüb, bizdə görmədiklərinə pərişan olsun. Oxucularımızı ən dəyərli sərvət olaraq qorumaq işini ən vacib vəzifəmiz saydıq.
Azərbaycanda və dünyada baş verən ictimai-siyasi proseslər, hadisələr Avropa.info-nun nəzərdən qaçırmadığı məsələlər oldu bu beş ildə.
Bu illər ərzində bircə şeyi yaxına buraxmadıq: ucuz sensasiya xatirinə səviyyəsiz xəbərlərin, kiminsə şəxsi həyatını qurcalayan, ona müdaxilə edən məlumatlar. Hesab etdik ki, Avropa.info oxucusu səviyyəli, məzmunlu xəbər gözləyən, bu məlumatları izləyən yüksək düşüncə daşıyıcısıdı.
Nə etdiksə, sizin üçün etdik, dəyərli oxucular!
Aprel savaşından keçdik, qardaş Türkiyədə hərbi çevrilişə cəhdin xəbərlərini anbaan çatdırmağa çalışdıq.
Ən əsas qayəmiz oxucunun etimadını qazanmaqdı.
Bu beş ildə bizimlə olduğunuz, diqqətinizi bizdən ayırmadığınız üçün təşəkkür edirik, dəyərli oxucu.
Avropa.info yalnız sizin üçün var, yalnız sizin üçün çalışır, yalnız sizin etimadınızı qazanmaq istəyir. Bu beş ili bizimlə olan oxucularımızla daha neçə illərə qovuşmaq arzusu ilə
Boyukmillet.com xəbər portalı olaraq həmkərlarımızı təbrik edirik.