Çərşənbə axşamı , 27 Oktyabr 2026
Drone Cameras

İran qarışdı – Parlamentə və Xomeyni türbəsinə silahlı hücum

İran İslam Respublikasının Milli Məclisində atışma olub.

Bu barədə İranın “Fars” və “Mehr” Xəbər Agentlikləri məlumat yayıb. Məlumatlarda bildirilir ki, hazırda parlamentdə atışma səsləri eşidilir.

İlkin məlumata görə, üç nəfər silahlı şəxs parlamentdə mühafizəçiləri yaralayaraq, bir neçə nəfəri girov götürüb.

İran parlamentində baş verən atışmada yaralananlardan biri ölüb.

APA-nın Tehran müxbiri xəbər verir ki, atışmada yaralanan mühafizəçi dünyasını dəyişib.

Parlamentdə atışmasının davam etdiyi bildirilir.

Eyni zamanda Iranın paytaxtı Tehranın cənubunda yerləşən İmam Xomeyni türbəsinə silahlı hücum olub.

Türbədə partlayış törədilib. Kimliyi məlum olmayan şəxs üzərinə yerləşdirilən partlayıcı qurğunu türbənin qarşısında işə salıb. Türbəyə hücum edən iki silahlı isə tutulub. Hücum nəticəsində yaralananların olduğu bildirilir.

Check Also

ABŞ Venesuelaya qarşı mühüm məhdudiyyəti aradan qaldırır

ABŞ Maliyyə Nazirliyi Venesuelanı Amerika investisiyalarına ciddi məhdudiyyətlər tətbiq edən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir