Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri dr. İsmayıl Ağayev uzun müddətdir araşdırmalar nəticəsində Türkiyə arxivindən Azərbaycan üçün əhəmiyyətli sənəd əldə etmişdir. Bu haqqda boyukmillet.com-a açıqlamasında İ. Ağayev bildirib ki: “Türkiyə Baş Nazirliyi yanında Dövlət Arxivləri Baş İdarəsindən əldə olunan arxiv sənədində Osmanlı dövləti ilə Azərbaycan Türk xanlıqları arasındakı münasibətlərə dair maraqlı faktlar yer almaqdadır. 1578-1914-cü illəri əhatə edən arxiv sənədində Azərbaycan xanlıqları ilə yanaşı, Tiflis, Dağıstan və Çərkəz vilayətinin, eləcə də rus, erməni və gürcü əhalisinin sayını müəyyən edən xəritə göstərilir. Arxiv sənədində o dövrlərdə İrəvanda yeddi yüz min azərbaycanlının yaşadığı qeyd edilir”. İ. Ağayev onu da qeyd edib ki, əldə olunan arxiv sənədi AMEA-nın Tarix İnstitutuna təqdim ediləcək. O, eyni zamanda bu istiqamətdə araşdırmalar aparan mütəxəssislərin də bu əhəmiyyətli sənəddən faydalana biləcəklərini də vurğulayıb.
boyukmillet.com