Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Avropa İttifaqı Gürcüstanda islahat çatışmazlığının olduğunu açıqlayıb

Avropa İttifaqı (Aİ) Gürcüstana Aİ-yə inteqrasiyanın yeni mərhələsinə keçmək üçün zəruri olan islahatlardakı çatışmazlıqları açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, nəticə Aİ-Gürcüstan Assosiasiya Şurasının sentyabrın 6-da keçiriləcək iclası üçün hazırlanmış xüsusi hesabatda yer alıb.

“Gürcüstan çətin şəraitdə islahatlar yolu ilə getməyə davam edib. Bununla belə, biz qanunun aliliyi, idarəetmə və insan hüquqları kimi əsas sahələrdə geriləməni qeydə aldıq. Gürcüstanın Avropa perspektivini nəzərə alaraq Aİ ilə münasibətlərin yeni mərhələsinə qədəm qoyması ilə əlaqədar olaraq o, vətəndaşların bəyan edilmiş məqsəd və istəklərinə uyğun məsuliyyətli və ardıcıl yanaşma nümayiş etdirməlidir”, – Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel hesabatda qeyd edib.

Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli qeyd edib ki, Aİ Gürcüstana namizəd statusu verməyə hazır olduğunu elan etdikdən sonra “top meydanın Gürcüstana aid olan hissəsindədir”. “Demokratiya, məhkəmə islahatları, qanunun aliliyinin gücləndirilməsi, korrupsiya və mütəşəkkil cinayətkarlıqla mübarizəyə ciddi sadiqlik başlıca əhəmiyyət əsas olacaq”, – Avropa komissarı bildirib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …