Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Avropa Komissiyasının rəsmisi: Aİ Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafına sərmayə qoyur

Avropa İttifaqı Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin inkişafına sərmayə yatırır.

Boyukmillet.com xəbər verir ki, bunu Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopman Asiya İnkişaf Bankının (ADB) Tbilisidə keçirilən 57-ci illik toplantısında çıxışı zamanı deyib.

“Aİ Cənubi Qafqazda əlaqələrin inkişafına sərmayə qoyur”, – o, “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

Xatırladaq ki, Qert Yan Kopman aprelin 30-dan mayın 4-dək Cənubi Qafqaz ölkələrində səfərdədir. O, əvvəlcə Ermənistan və Gürcüstana səfər edib. Avropalı rəsmi mayın 3-dən 4-dək Azərbaycanda səfərdə olacaq.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …