Çərşənbə , 2 Aprel 2025
Drone Cameras

Avropa Kuboku: “Azərreyl”in kişi və qadınlardan ibarət komandaları bu gün final matçını keçirəcək

Fransanın Monpelye şəhərində keçirilən çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunda ölkəmizi təmsil edən “Azerreyl” klubunun həm qadınlardan, həm də kişilərdən ibarət komandaları bu gün final matçını keçirəcək.

Boyukmillet.com xəbər verir ki, qadınlardan ibarət komanda Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə görüşəcək.

Bu oyunlar Bakı vaxtı ilə saat 16:15 və 17:00-da başlayacaq.

“Azərreyl”in kişilərdən ibarət komandası isə İspaniya təmsilçisi “CVP Poniente Benidorm Alicante” ilə görüşəcək. Bu qarşılaşmalara Bakı vaxtı ilə saat 16:30 və 19:15-də start veriləcək.

Qeyd edək ki, “Azərreyl”in qadınlardan ibarət komandası yarımfinalda Macarıstan təmsilçisi “Edra Tata”nı məğlub edib. Kişilərdən ibarət komanda isə Fransa təmsilçisi “Montpellier Beach Volley”dən üstün olub.

Check Also

Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl …