Şənbə , 1 Mart 2025
Drone Cameras

Avropa Məhkəməsi Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasını qadağan edib

Jurnalist Əfqan Sadıqov aclıq aksiyasını dayandırmaq qərarına gəlib

Avropa İnsan Haqları Məhkəməsi Sosial Ədalət Mərkəzinin xahişini tam təmin edərək, jurnalist Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasını dayandırıb.

Bu haqda mərkəzin direktoru Tamta Mikeladze özünün “Facebook” səhifəsində yazıb:

“Daha doğrusu, Avropa Məhkəməsi işin mahiyyəti üzrə qərar qəbul edilənə qədər Gürcüstana jurnalistin Azərbaycana ekstradisiyasını qadağan edib. Bildiyiniz kimi, Avropa Məhkəməsində bir işə baxılması bəzən illər çəkə bilər. Mən də əminəm ki, illər sonra Avropa Məhkəməsinin yekun qərarı da jurnalistin xeyrinə olacaq”.

Mikeladze daha sonra bildirir ki, bu axşam xəbəri eşidən Əfqan Sadıqov aclıq aksiyasını dayandırmaq qərarına gəlib. Onun sözlərinə görə, yaxın günlərdə Sosial Ədalət Mərkəzi məhkəmədən Əfqan Sadıqovun həbsdən azad olunmasını tələb edəcək:

“Əgər ekstradisiyaya icazə verilmirsə, o zaman onun məhkəməyə qədər həbsdə saxlanması hüquqi mənasını itirir və qanunsuz olacaq. Üstəlik, Əfqanın ekstradisiya üzrə həbs müddəti (9 ay) mayın 3-də başa çatır”.

“Azel. TV” saytının rəhbəri Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsilə birlikdə Gürcüstana gedib.

2024-cü ilin iyulunda onu Gürcüstandan Türkiyəyə buraxmayıblar və deyiblər ki, ancaq Azərbaycana qayıda bilər.

Avqustda Azərbaycanın sorğusu əsasında Əfqan Sadıqov həbs edilib.

Bakıda onu hədə yolu ilə tələb etməkdə ittiham edirlər və ekstradisiyasını tələb edirlər.

O, həbsinə və ona sığınacaq verilməməsinə etiraz olaraq sentyabrın 21-dən aclıq edir.

Oktyabrın 8-də aclıq nəticəsində vəziyyəti pisləşib və onu həbsxana xəstəxanasına köçürüblər.

Yanvarın 31-də Tbilisi məhkəməsi Əfqan Sadıqovun həbs müddətini daha üç ay uzadıb.

Check Also

Qaradağda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Qaradağ rayonunda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …