Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Avropa Rusiyaya qarşı yeni sanksiyaların təfərrüatlarını müzakirə edəcək

Avropa Komissiyası şənbə günü Avropa İttifaqına üzv ölkələrlə Rusiya Federasiyasına qarşı təklif olunan 13-cü sanksiyalar paketinin təfərrüatlarını müzakirə etməyə başlayacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Qeyri-rəsmi görüşlər və yüksək səviyyəli müzakirələr AK-nın Rusiyaya qarşı yeni tədbirlər paketini Avropa Şurasında müzakirə və səsvermə üçün rəsmən təqdim etməzdən əvvəl sonuncu addım olacaq.

Təklifdə Rusiyanın sanksiyalardan yayınmasına qarşı mübarizə tədbirləri, sanksiya siyahılarının genişləndirilməsi nəzərdə tutulur.

Agentliyin mənbələrindən biri əlavə edib ki, idxalın məhdudlaşdırılması kimi yeni sektor tədbirləri mümkündür. Polşa və Baltikyanı ölkələr Rusiyadan alüminium və mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoymağa çağırır.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …