Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Avtobusun yolunu kəsən “Maybach”ın sahibi bəlli oldu – FOTOLAR

Noyabrın 19-da Bakı Nəqliyyat Agentliyinin (BNA) avtobus zolaqlarının tələbini pozan sürücülərlə bağlı yaydığı görüntülərdə 90-AA-013 dövlət nömrə nişanlı “Mercedes-Maybach” markalı lüks avtomobilin avtobusun yolunu kəsməsi ilə bağlı məlumat vermişdik.

Boyukmillet.com xəbər verir ki, qayda pozduğuna görə ictimai müzakirələrə səbəb olan avtomobilin kimə məxsus olması ilə bağlı jurnalist Samir Feyruzov paylaşım edib. O bildirib ki, 90 AA 013 dövlət nömrə nişanlı avtomobil “Bakı Klinikası”nın sahibi Aytən Quliyevaya məxsusdur:

“Klinikanın əsl sahibi isə AMEA-nın prezidenti Ramiz Mehdiyevdir”.  /Yeniavaz.com/

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …