Şənbə , 20 Aprel 2024
Drone Cameras

Aydan Məmmədzadə: Sosial karikatura janrında daha çox işləməyi düşünürəm-MÜSAHİBƏ

Bəzən bir çox insanlar həyatı sadəcə ağ-qara rənglərdə görür və bunun belə olduğuna qəlbən inanırlar. Daha çox pesimist insanlarda bunu müşahidə edirik. Lakin həyatı və hadisələri rənglərin gözü ilə daha əlvan və pozitiv görən insanlar var. Bu fikrin sübutu kimi rəssamları nümunə göstərmək olar. Onların düşüncə tərzləri bir çoxları kimi, mənə də, olduqca maraqlıdır. 

Bu səbəbdən gənc rəssam Aydan Məmmədzadə ilə müsahibəmi sizlərin nəzərinə çatdırıram

-Aydan xanım, deyirlər rəssamlar hadisləri tam fərqli baxış bucağından izləyirlər. Sizcə, bu həqiqətən belədir?

Təbii ki, elədir. Rəssamların tam başqa dünyaları olur. Fərqli düşüncələri, hissləri, tam başqa aləmləri var. Rəssamları digər sənət adamlarından fərqləndirən bir çox xüsusiyyətlərdir. Ən əsası odur ki, onlar gözlə görünməyən obrazları belə cızırlar.


Rəssamlığa olan həvəsinizi nə vaxt kəşf etdiniz?

Rəssamlıqla həvəskar olaraq uşaqlıqdan məşğulam. Ailədə atam, anam, qardaşım – hər biri rəssamlıqla məşğul olublar. Amma bu sahəni davam etdirən mənəm. Əmim özü peşəkar olaraq rəssamlıqla məşğuldur. Bir növ bu istedad genetikdir məndə.


-Rəsmlərinizi sərgidə nümayiş etdirmək istərdiniz?

Təbii ki, gələcək üçün ən əsas planlarımdan biri də budur. Və hal-hazırdada bunun uzərində məşğul oluram. Gələcək zamanlarda olacaq mütləq.

-Daha çox hansı janrda rəsmlər çəkməyi sevirsiz?

Hər janr mənim üçün əzizdir. Hər birində sınayıram özümü. Amma daha çox işlədiyim və mənə daha çox yaxın olan janr portret janrıdır. Sanki bu janrda daha çox ifadə edə bilirəm özümü, hislərimi. Portret rəssamlarının yaradıcılığında nəzər diqqəti cəlb edir. Təbii ki, portret janrının əsas obyekti insandır, buna görə də onun mənəvi aləmi və cəmiyyətdəki mövqeyinin təsviri sənətin əsas mövzusunu təşkil edir. 

Daha çox ruh halımı ifadə edə bilirəm bu janrda, bəlkə də ona görə bu qədər sevimli gəlir mənə.


-Ötən günlərdə mərhum şairimiz Mikayıl Müşfiqin doğum günü ilə əlaqədar olaraq portretini çəkmişdiz. Bildiyim qədər, ədəbiyyatı sevirsiniz. Bu sevgi portret janrına daha çox üstünlük verməyinizə təsir göstərirmi?

Düzdür, ədəbiyyatı çox sevirəm. Amma portret janrında işləməyimin bununla əlaqəsi yoxdur.


-Karikaturalarla bağlı fikirləriniz maraqlıdır. Nə zamansa özünüzü bu sahədə görürsünüz?

Karikatura janrında işləməsəm də, sevdiyim janrlardan biridir. Karikatura janrı çox zəngin ənənələrə malikdir, həmçinin ətrafda cəmiyyətdə olan real hadisələri yumoristik və satirik formada insanlara çatdırdığı üçün hər zaman diqqətimi çəkib. Və gələcəyin peşəkar rəssamı kimi özümü bu janrdada sınayacam mütləq.

-İnşallah, arzunuza çatarsınız. Sirr deyilsə, bilmək olar necə karikaturalar çəkməyi düşünürsüz?

Karikaturalar çox vaxt siyasi məzmunlu olur.

Sosial karikatura janrında daha çox işləməyi düşünürəm. Adından göründüyü kimi, bir toplumu tənqid planını əks etdirir.

-İncəsənətin başqa sahələrində özünüzü sınamağı düşünmüsünüz?

İncəsənət insan hisslərini təsvir edən vasitədir. Bütün sahələrini sevsəm də, daha çox incəsənətin heykəltaraşlıq növü diqqətimi cəlb edir. Heykəltəraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır.

Və bu məni daha da özünə cəlb edir.

Ayna Fərhad,

Maraqlı.biz 

Check Also

Stilist-bərbər: Сiddi verilişə sən sport geyinə bilməzsən!-MÜSAHİBƏ

İnsanın xarici görünüşündə ən həssas və diqqət tələb edən saçdır. Baxımlı və mütəmadi qulluq edilən saçlar …