Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Aygün Əliyeva: “Xocalı soyqırımına hələ də beynəlxalq hüququ qiymət verilməyib”

“Xocalı soyqırımına hələ də beynəlxalq hüququ qiymət verilməyib”.

Boyukmillet.com xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qurumda Xocalı soyqırımının növbəti ildönümünə həsr olunan tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan müxtəlif dövrlərdə mərhələli şəkildə soyqırımlara məruz qalıb: “Xocalı faciəsi idə onların arasında ən dəhşətlisidir. Xocalı faciəsi dünya tarixində ən qanlı hadisələrdən biridir. Hələ də bu hadisəyə beynəlxalq hüququ qiymət verilməyib. Biz buna çalışırıq. Əminik ki, sülhsevər dövlətlər və beynəlxalq qurumlar bu hadisəyə beynəlxalq hüquqi qiymət verəcək”.

Check Also

ETX-nin nəzdində 3 mərkəz yaradılacaq

Bu ilin sonuna kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nəzdində 3 …