Cümə axşamı , 5 Noyabr 2026
Drone Cameras

Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb

Azərbaycan Ordusunun hərbçisi Xudaverdi Həsən oğlu Sadıqov Kəlbəcərdə ermənilərin basdırdığı piyada əleyhinə minaya düşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hadisə mayın 29-u saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin əraziləri mina və partlamamış döyüş sursatlarından təmizləməsi zamanı qeydə alınıb. 

Nəticədə hərbi qulluqçu sol ayağından xəsarət alıb. İlkin tibbi yardım göstərilən X.Sadıqov ixtisaslı müayinə və müalicə olunması üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub.

Check Also

Hərbi qulluqçular üçün alternativ cəza müəyyənləşir

Zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir.Boyukmillet.com …