Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycan apreldə sabit genişzolaqlı internetin sürətinə görə 2 pillə irəliləyib

Bu ilin aprel ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 180 ölkə arasında 28,83 MB/S sürətlə 116-cı yerdə qərarlaşıb.

Boyukmillet.com xəbər verir ki, bu, əvvəlki ayla müqayisədə pillə irəliləmək deməkdir.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (242,01 MB/S), sonuncu yeri isə Kuba (1,97 MB/S) tutub.

Məlumata görə, ölkəmiz apreldə mobil internetin sürətinə görə 138 ölkə arasında 39,12 MB/S sürətlə 58-ci yerdə qərarlaşıb. Bu isə mart ayına nisbətən pillə geriləmə deməkdir.

Mobil internetin sürətinə görə birinci yeri Qətər (189,98 MB/S), sonuncu – 138-ci yeri isə Yəmən (3,98 MB/S) tutub.

Bundan başqa, apreldə Bakı şəhəri mobil internetin sürətinə görə 1 pillə geriləyərək 41,10 MB/S sürətlə 171 şəhər arasında 74-cü yerə sahiblik edib.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 199,28 MB/S sürətlə Qətərin Ər-Rəyyan şəhəri, sonuncu yeri isə MB/S sürətlə Əfqanıstanın paytaxtı Kabil şəhəri tutub.

Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 30,93 MB/S sürətlə 136-cı pillədə qərarlaşıb ki, bu da pillə irəliləməkdir.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 192 şəhər rəqabət aparıb. Siyahıya Çinin paytaxtı Pekin 260,14 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,88 MB/S sürətlə sonuncu olub.

Check Also

Dövlət Xidməti 135 ölkədə 270 741 kompüteri yoluxdurmuş kiberqruplaşmanı ifşa edib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir kiberinsidenti araşdıran zaman 135 ölkədə fəaliyyəti olan …