Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Azərbaycan Asiya Parlament Assambleyasına sədrlik edəcək

Bu il fevralın sonundan Azərbaycan Asiya Parlament Assambleyasına sədrlik edəcək.

Boyukmillet.com  xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının Baş katibi Məhəmməd Rza Məcidi Bakıda keçirdiyi mətbuat konfransında deyib.

“Asambleyanın fevralın sonunda keçiriləcək iclasında təşkilata sədrlik Türkiyədən Azərbaycana keçəcək”, – o bildirib.

Qeyd edək ki, ötən ilin noyabrında Türkiyənin Antalya şəhərində Asiya Parlament Assambleyasının (APA) İcraedici Şurasının iclası keçirilib və bu toplantıda Azərbaycan 2024-2025-ci illər üçün APA-nın sədri seçilib.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …