Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu Zeynəb Rəhimova Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında ilk döyüşünə çıxıb.

Boyukmillet.com xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü 1/32 final mərhələsində CAR təmsilçisi Lethokule Sibisi ilə üz-üzə gəlib.

Hər 3 raundu aktivinə yazan Rəhimova yekunda 5:0 (30:25, 30:26, 30:26, 30:27, 30:27) hesablı qələbə qazanıb. O, 1/16 finalda ilk mərhələdən azad olan yeni zelandiyalı Kristin Gillespi ilə döyüşəcək. Görüş martın 18-nə təsadüf edəcək.

50 kq-da yer alan Anaxanım İsmayılova hindistanlı Zarin Nixada uduzaraq mundialla vidalaşıb.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatının final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.

Check Also

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib

Respublika Şahmat Mərkəzinə direktor təyin edilib. “Report” xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun …