Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 3 medalla başa vurub

Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdəki Böyük Dəbilqəni üç medalla başa vurublar.

Boyukmillet.com xəbər verir ki, yarışın sonuncu günündə mübarizəyə qoşulan üç idmançıdan heç biri medal qazana bilməyib.

90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda Camal Petgreyvə (Böyük Britaniya) qalib gəlsə də, növbəti raundda Gergely Nerpelə (Macarıstan) uduzub.

100 kq-dakı Elmar Qasımov eyni raundda Zlatko Kumriçi (Xorvatiya) məğlub etsə də, Nikoloz Şerazadişviliyə (İspaniya) yenilib.

Nəhayət, 100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda Marius Fizeldən (Slovakiya) güclü olsa da, Teddi Rinerin (Fransa) müqavimətini qıra bilməyib. Kokauri təsəlliverici görüşdə Martti Puumalainenə (Finlandiya) də uduzub.

Qeyd edək ki, daha əvvəl Azərbaycan təmsilçilərindən Hidayət Heydərov (73 kq) qızıl, Səid Mollayi (81 kq) gümüş, Rüstəm Orucov (73 kq) isə bürünc medal əldə edib.

Check Also

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi vəfat edib

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Qüdrət İsmayılov vəfat edib. Bu barədə  Azərbaycan Şahmat Federasiyasının mətbuat …