Bazar , 7 Dekabr 2025
Drone Cameras

Azərbaycan cüdoçusu nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin növbəti Baş Assambleyası keçirilir.

Boyukmillet.com xəbər verir ki, tədbirdə komitənin ötən gün təsis etdiyi nüfuzlu “Dünya Ədalətli Oyunlar Mükafatları”nın təqdimetmə mərasimi keçirilib.

Mərasimdə Azərbaycan milli komandasının cüdoçusu Səid Mollayiyə olimpiya hərəkatının banisi Pyer de Kuberten adına təsis edilmiş mükafat təqdim edilib.

Qeyd edək ki, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin məqsədi ədalətli oyunların bütün dünyada müdafiəsi və təşviqidir.

Check Also

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi vəfat edib

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Qüdrət İsmayılov vəfat edib. Bu barədə  Azərbaycan Şahmat Federasiyasının mətbuat …